"Ey Sevgili Bayrağım!"— Şəmsi Vəfadarın qələmindən öz səsi ilə
09 Noyabr 2026, 09:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
233
19.10.2026, 16:27
"Kapital Bank"ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihənin nəticəsində ildə təxminən 50 000 kubmetr təbii qaza qənaət edilməsi və 100 ton karbon emissiyasının qarşısının alınması gözlənilir.
Oxu24.com xəbər verir ki, layihə bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində aktiv istehlakçılar tərəfindən günəş panellərinin quraşdırılmasını nəzərdə tutur. Gözlənilən nəticələr enerji resurslarından daha səmərəli istifadəyə və ətraf mühitə təsirin azaldılmasına töhfə verəcək.
İlk layihənin maliyyələşdirilməsi Kapital Bank və EMTA arasında imzalanmış əməkdaşlıq müqaviləsinin praktik mərhələyə keçdiyini göstərir. Müqavilə Enerji effektivliyi fondunun vəsaiti hesabına enerji effektivliyi tədbirlərinin həyata keçirilməsi üçün güzəştli kreditlərin verilməsini nəzərdə tutur. Fondun vəsaiti hesabına maliyyələşdirilən ilk layihə də bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Kapital Bank yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir. Bank sahibkarların yaşıl layihələrinin maliyyələşdirilməsi ilə yanaşı, günəş panelləri və elektrikli avtomobillər üçün şarj məntəqələri kimi təşəbbüsləri də dəstəkləyir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı, 50 şöbəsi və 15 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
10:10 / 09 Noyabr 2026
12
10:09 / 09 Noyabr 2026
1
10:00 / 09 Noyabr 2026
24
09:36 / 09 Noyabr 2026
465
09:26 / 09 Noyabr 2026
61
09:19 / 09 Noyabr 2026
96
08:46 / 09 Noyabr 2026
88
08:42 / 09 Noyabr 2026
552
08:25 / 09 Noyabr 2026
120
04:25 / 09 Noyabr 2026
657
02:31 / 09 Noyabr 2026
631
01:34 / 09 Noyabr 2026
355
01:20 / 09 Noyabr 2026
777
01:10 / 09 Noyabr 2026
467
01:06 / 09 Noyabr 2026
211
00:58 / 09 Noyabr 2026
444
00:50 / 09 Noyabr 2026
332
00:29 / 09 Noyabr 2026
1288
00:25 / 09 Noyabr 2026
646
00:21 / 09 Noyabr 2026
235
00:17 / 09 Noyabr 2026
175
00:12 / 09 Noyabr 2026
166
23:49 / 08 Noyabr 2026
287
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.