Qaynar xətt:

(+99450) 247 90 86

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib

CƏMİYYƏT

73

13.10.2026, 12:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir.

Oxu24.com -un  xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsi və “Aviasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

“Aviasiya haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, uçuş iş vaxtı hava gəmisinin heyət üzvünün bir və ya bir neçə ardıcıl uçuşun həyata keçirilməsi üçün hava limanına gəldiyi vaxtda (hava gəmisinin istismarçısı tərəfindən müəyyən edilən) başlayan və son uçuş başa çatdıqdan sonra hava gəmisinin yerdə hərəkətinin tam dayandığı ana qədər olan müddətdir.

Əmək Məcəlləsinə də uyğunlaşdırıcı xarakterli dəyişikliklər təklif olunur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.