Azərbaycanda bu qədər məscid var imiş — AÇIQLAMA
12 Oktyabr 2026, 23:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
130
12.10.2026, 22:23
Təhsil hər bir cəmiyyətin intellektual potensialını, dünyagörüşünü müəyyənləşdirən bir sahədir. Buna görə də bu istiqamətdə verilən qərarlar gələcək nəsillərin dünyagörüşünün formalaşmasına təsir göstərir.
Oxu24.com xəbər verir ki, son günlər Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli forması ilə bağlı qaydalar yenidən ictimai müzakirələrin mövzusuna çevrilib.
Qeyd edilməlidir ki, Azərbaycan məktəblərində vahid geyim formasının tətbiqi sosial bərabərliyin təmin olunmasına xidmət edir. Məktəb yalnız bilik verilən məkan deyil, həm də uşaqların ictimai münasibətləri öyrəndiyi mühitdir.
Məktəblərdə vahid geyim formasının tətbiqinin əsas məqsədlərindən biri şagirdlər arasında ortaq təhsil mühitinin yaradılmasıdır. Sinif otağında şagirdləri birləşdirən əsas xüsusiyyət bilik əldə etmək və gələcəkdə cəmiyyətə faydalı fərdlər kimi yetişmək məqsədidir. Məktəblərdə hər hansı dini baxışın üstün mövqeyə çıxarılması tarazlığı poza, şagirdlər arasında anlaşılmazlıq üçün zəmin yarada bilər.
Deputat Ceyhun Məmmədov saytımıza açıqlamasında bildirib ki, bu gün Azərbaycanda din və etiqad azadlığı təmin edilib.
“Yəni, bu gün ölkəmizdə hər kəsin inanc azadlığı var. Bu gün Azərbaycanda nə hicaba, nə də niqaba qadağa var. Bu gün bizim ölkəmiz özünün islami dəyərlərinə hörmət münasibəti, dəyər verməsi ilə seçilir. Azərbaycan müsəlman ölkəsidir və ölkəmizdə dini dəyərlərimizə böyük bir sevgi, məhəbbət var”.
Vahid forma ortaq kimliyin zahiri ifadəsi kimi çıxış edə bilər. O, geyim üzərindən sosial fərqlərin nümayişini müəyyən qədər azaltmağa, məktəbdə intizamı və ümumi qaydalara riayət vərdişini gücləndirməyə xidmət edir.
Dünyəvilik Azərbaycanın tarixi, dövlətçilik ənənəsi və milli sərvətidir. Dünyəvi təhsil isə uşaqlarda müstəqil qərarvermə, tənqidi düşünmə və manipulyativ təsirləri müəyyənləşdirmə bacarıqlarının inkişafına kömək edir.
Dünyəvilik dedikdə milli-mənəvi dəyərlərdən imtina etmək kimi başa düşülməməlidir. Dövlətin vahid məktəbli forması müəyyənləşdirməsi və onun tətbiqinə nəzarət etməsi təhsil prosesinin təşkili ilə bağlı səlahiyyətlərindən irəli gəlir.
“Bu gün söhbət məktəblərdə geyim qayda-qanununun tənzimlənməsindən gedir. Burada konkret olaraq söhbət geyimlərin dünyəvilik prinsipinə əsaslanmasından və bərabərliyin təmin edilməsindən, aidliyin təmin olunmasından və eyni zamanda ayrı-seçkiliyin aradan qaldırılmasından gedir”, – deyə millət vəkili bildirib.
Uşaqlar məktəbdə bir-birini ailəsinin maddi vəziyyətinə və ya dünyagörüşünə görə deyil, insan kimi tanımağı öyrənməlidirlər. Onları birləşdirən əsas amillər ortaq təhsil məqsədləri, biliklərə maraq, əməkdaşlıq və gələcəyə dair ümidlər olmalıdır. Məktəbin dünyəvi xarakteri məhz belə bir bərabərlik mühitinin qorunmasına xidmət edir. Vahid məktəbli forması şagirdlərdə məktəb kollektivinə aidlik hissini gücləndirə, ümumi qaydalara əməl etmək vərdişinin formalaşmasına kömək göstərə bilər. Bu məqsədlərə nail olmaq üçün dövlət qurumlarının, təhsil müəssisələrinin, müəllimlərin və valideynlərin birgə fəaliyyəti vacibdir.
“Bu gün Azərbaycanda tətbiq olunan bu qərar hamıya aiddir”
“Bu gün Azərbaycanda tətbiq olunan bu qərar hamıya aiddir. Qısa ətəklə də məktəbə gəlmək olmaz, papaqla da... Bunlar bütövlükdə məktəb üçün həm təhsil alanlar, həm də təhsilverənlər üçün normaların müəyyənləşdirilməsidir. Bu normaların əhəmiyyətini xüsusi bir şəkildə ortaya qoyur. Ona görə də heç bir halda bunun dinə qarşı yönəldiyini iddia etmək düzgün olmaz”, – C. Məmmədov əlavə edib.
Xarici qüvvələrin, kənar təsirlərin ölkəmizdə fikir ayrılığı və parçalanma yaratmasına imkan verilməməlidir. Dövlətçilik ruhunun qorunması və qanunun aliliyinə hörmət hər bir vətəndaşın mövqeyində ifadə olunmalıdır.
“Azərbaycanda dinə böyük ehtiram var. Bu, özünü Prezident İlham Əliyevin siyasətində Qarabağda tikilən məscidlərdə, bərpa olunan dini ibadət ocaqlarında açıq-aydın göstərir.
Heç kim bunun manipulyasiyasına, bu məsələdən başqa məqsədlərlə istifadəyə cəhd etməməlidir və atdığı addımlarda diqqətli olmalıdır. Biz burada kənar təsirləri də görürük və bu təsirlərdən də özümüzü ciddi formada qorumalıyıq”, – deyə o fikrini tamamlayıb.
23:04 / 12 Oktyabr 2026
9
23:01 / 12 Oktyabr 2026
12
22:54 / 12 Oktyabr 2026
38
22:43 / 12 Oktyabr 2026
65
22:42 / 12 Oktyabr 2026
46
22:39 / 12 Oktyabr 2026
53
22:35 / 12 Oktyabr 2026
119
22:25 / 12 Oktyabr 2026
95
22:25 / 12 Oktyabr 2026
69
22:13 / 12 Oktyabr 2026
171
22:08 / 12 Oktyabr 2026
75
22:04 / 12 Oktyabr 2026
132
21:53 / 12 Oktyabr 2026
74
21:42 / 12 Oktyabr 2026
2963
21:38 / 12 Oktyabr 2026
73
21:31 / 12 Oktyabr 2026
162
21:29 / 12 Oktyabr 2026
327
21:28 / 12 Oktyabr 2026
160
21:26 / 12 Oktyabr 2026
87
21:20 / 12 Oktyabr 2026
109
21:19 / 12 Oktyabr 2026
274
21:04 / 12 Oktyabr 2026
5137
20:58 / 12 Oktyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.