Pərviz Abbasov şöbə rəisi oldu - FOTO
30 Sentyabr 2026, 14:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
29
30.09.2026, 14:49
Azərbaycanda maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməli olduqları elektron köçürmələrlə bağlı yeni qayda qüvvəyə minir.
Oxu24.com xəbər verir ki, Maliyyə Monitorinqi Xidmətinin qərarına əsasən, maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatları üzrə bir təqvim ili üçün minimum hədd 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğində müəyyən edilib.
Yeni qaydaya görə, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin məbləği 20 min manata çatdıqdan sonra onun hər növbəti elektron köçürməsi barədə məlumat Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək. Buraya hesablararası köçürmələr, hesab açmadan həyata keçirilən köçürmələr və digər ödəniş alətləri vasitəsilə aparılan elektron köçürmələr daxildir.
Bununla yanaşı, 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bundan yuxarı nağd əməliyyatlar barədə də məlumat təqdim olunacaq. Bu tələb kassa və terminallar vasitəsilə nağd mədaxil və məxaric əməliyyatlarını, nağd valyuta mübadiləsini və digər nağd əməliyyatları əhatə edir.
Qərara əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhə yaradan əməliyyatlar məbləğindən asılı olmayaraq Maliyyə Monitorinqi Xidmətinə bildirilməlidir.
Həmçinin xarici dövlətlərin siyasi nüfuzlu şəxsləri, onların yaxın qohumları və yaxın münasibətdə olduqları şəxslər tərəfindən həyata keçirilən əməliyyatlar, sanksiya tətbiq edilən şəxslərin aktivləri ilə bağlı əməliyyatlar, eləcə də dini qurumların və qeyri-hökumət təşkilatlarının bank və digər ödəniş hesabları üzrə əməliyyatları məbləğindən asılı olmayaraq hesabatlandırılacaq.
Qaydalara əsasən, aidiyyəti əməliyyatlar barədə məlumat və sənədlər, əsasən, əməliyyat həyata keçirildikdən sonra 3 iş günü ərzində təqdim edilməlidir.
Bundan başqa, öhdəlik daşıyan şəxslər mövcud müştəriləri olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatları 31 dekabr 2027-ci ilədək Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər.
Qərar 1 oktyabr 2026-cı ildən qüvvəyə minir.
14:36 / 30 Sentyabr 2026
33
14:24 / 30 Sentyabr 2026
46
14:22 / 30 Sentyabr 2026
71
14:11 / 30 Sentyabr 2026
52
14:02 / 30 Sentyabr 2026
218
13:57 / 30 Sentyabr 2026
64
13:50 / 30 Sentyabr 2026
55
13:45 / 30 Sentyabr 2026
75
13:41 / 30 Sentyabr 2026
60
13:31 / 30 Sentyabr 2026
984
13:19 / 30 Sentyabr 2026
61
13:18 / 30 Sentyabr 2026
58
13:16 / 30 Sentyabr 2026
107
13:10 / 30 Sentyabr 2026
54
12:58 / 30 Sentyabr 2026
57
12:48 / 30 Sentyabr 2026
56
12:39 / 30 Sentyabr 2026
97
12:33 / 30 Sentyabr 2026
57
12:24 / 30 Sentyabr 2026
69
12:20 / 30 Sentyabr 2026
65
12:17 / 30 Sentyabr 2026
71
12:13 / 30 Sentyabr 2026
85
12:10 / 30 Sentyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.