9 noyabrda QAR YAĞACAQ
09 Noyabr 2026, 02:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1089
29.09.2026, 12:14
Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır.
Sözügedən məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov xatırladıb ki, sözügedən dəyişiklik 2026-cı ilin fevralında Prezident İlham Əliyev tərəfindən təsdiq olunub.
O bildirib ki, 2027-ci ilin fevralınadək minimum əməkhaqqıya yenidən baxılacaq:
"Məhz bu kontekstdə minimum əməkhaqqının artacağı gözlənilir. Çünki bu, Əmək Məcəlləsinə edilən dəyişikliklərin əsas istiqamətlərindəndir. Sosial təminat tədbirləri çərçivəsində müntəzəm olaraq minimum maaşların və digər sosial ödənişlərin artmasını müşahidə edirik. Son altı ildə həyata keçirilən beş sosial paketin də əsas istiqaməti artımla bağlıdır. Artımın 2027-ci ilin büdcəsində nəzərdə tutulacağı gözlənilir. Büdcə paketi parlamentə daxil olduqdan sonra konkret rəqəmlər barədə müzakirə aparmaq olar. Eyni zamanda, pensiyaların indeksləşdirilməsi də yanvarda baş verəcək və bu, 2026-cı ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq aparılacaq. 2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsaitin həcmi ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu 17 milyard manatdan artıq məbləğin bu sahəyə yönəldiləcəyindən xəbər verir".
Qeyd edək ki, Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manat, yaşa görə minimum əmək pensiyası isə 320 manat təşkil edir.
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.