83 saylı Ağcabədi - Füzuli dairə seçki komisiyyasının (DSK) sədri vəfat edib.
Oxu24.com Publika.az-a istinadla xəbər verir ki, DSK sədri Mübahir Nəsirov Rusiyanın Kislovodsk şəhərində müalicə aldığı sanatoriyada dünyasını dəyişib.
Bildirilir ki, M.Nəsirovun ürəyində problemlər olub və əməliyyat olunub. O daha sonra Kislovodskya gedərək müalicəsini davam etdirib. Sanatoriyadakı müalicə müddətinin sonuncu günü M.Nəsirov dünyasını dəyişib.
Onun cənazəsi Ağcabədi rayonuna gətirilərək dəfn edilib.
Oxu24.com
ŞƏRHLƏR