Bakıda bu ərazilərdə EVLƏR SÖKÜLƏCƏK
02 Noyabr 2026, 19:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
245
23.09.2026, 11:35
Azərbaycan Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə Oxu24.com-a kollegiyadan məlumat verilib.
Bildirilib ki, Kollegiya sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib.
Sonra iclasın gündəliyinə uyğun olaraq ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlimi uğurla başa vuran vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, ona vəsiqə təqdim edilərək gələcək fəaliyyətində uğurlar arzulanıb.
Həmçinin iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçirilməsi, müəyyən müddətə vəkillik fəaliyyətinin dayandırılması, habelə müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunması ilə bağlı müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Bundan başqa, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil ediləcək "Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası"nın XII və Milli Məhkəmə Müsabiqəsinin XVI buraxılışlarının keçirilməsinə maddi dəstək göstərilməsi ilə bağlı müraciət müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə ELSA Azərbaycan təşkilatına 3 000 manat məbləğində maddi dəstək göstərilməsi qərara alınıb.
Eyni zamanda "Feniks" Vəkil Bürosunun təsis edilməsi ilə bağlı müraciətə baxılıb və müsbət qərar qəbul edilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilə töhmət verilib, daha 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.
19:33 / 02 Noyabr 2026
36
19:27 / 02 Noyabr 2026
95
19:16 / 02 Noyabr 2026
45
19:15 / 02 Noyabr 2026
86
19:09 / 02 Noyabr 2026
66
19:06 / 02 Noyabr 2026
49
19:00 / 02 Noyabr 2026
137
18:58 / 02 Noyabr 2026
71
18:48 / 02 Noyabr 2026
75
18:44 / 02 Noyabr 2026
179
18:33 / 02 Noyabr 2026
80
18:29 / 02 Noyabr 2026
869
18:22 / 02 Noyabr 2026
90
18:12 / 02 Noyabr 2026
88
18:11 / 02 Noyabr 2026
72
18:10 / 02 Noyabr 2026
94
18:05 / 02 Noyabr 2026
127
18:02 / 02 Noyabr 2026
67
18:02 / 02 Noyabr 2026
200
17:58 / 02 Noyabr 2026
78
17:53 / 02 Noyabr 2026
86
17:39 / 02 Noyabr 2026
118
17:20 / 02 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.