Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? – Alimlərdən xəbərdarlıq
22 Sentyabr 2026, 22:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
36
22.09.2026, 22:15
Smartfonlar və sosial şəbəkələr artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilərək zamanımızın əhəmiyyətli bir hissəsini əhatə edir. Lakin texnologiyanın özündən daha çox, ondan necə və nə qədər istifadə etməyimiz əsas problemlərdən birini təşkil edir. İnsan gün ərzində fasiləsiz bildirişlər, xəbərlər və müxtəlif məlumat axını ilə qarşılaşdıqda beyin daim yeni informasiyanı emal etmək məcburiyyətində qalır.
Bu davamlı gərginlik zamanla zehni yorğunluq, diqqətin dağınıqlığı və tam istirahət edə bilməmək hissi yaradır. Sosial şəbəkələrin reallıq qavrayışına təsiri isə insanların orada həyatın yalnız seçilmiş, parlaq və uğurlu hissələrini paylaşması ilə birbaşa bağlıdır. Öz həyatımızın bütün tərəflərini başqalarının bu idealize edilmiş görüntüləri ilə müqayisə etdikdə, yanlış olaraq "hamı məndən daha yaxşı yaşayır" düşüncəsinə qapılırıq. Eyni zamanda, sosial mediada sürətli məlumatlara öyrəşən beyin uzun müddət bir işə diqqət verməkdə çətinlik çəkir. Məhz bu səbəbdən mütəxəssislər texnologiyadan tam imtina etmək əvəzinə, şüurlu idarəetməyə əsaslanan rəqəmsal detoksun vacibliyini vurğulayırlar.
Psixoloq Nizami Orucov: "Telefon bizim günümüzü deyil, biz telefonu idarə etməliyik"
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən tanınmış psixoloq Nizami Orucov bildirib ki, smartfonların və fasiləsiz məlumat axınının yaratdığı rəqəmsal yorğunluq günümüzdə insanın psixoloji sağlamlığına mənfi təsir edən əsas amillərdəndir:
"Bu hal beyində daimi gərginlik yaradaraq diqqət dağınıqlığına və reallıq qavrayışının zədələnməsinə gətirib çıxarır”.
Sosial şəbəkələr reallıq qavrayışını necə zədələyir?
Nizami Orucov qeyd edib ki, insanlar sosial mediada yalnız xoşbəxt anlarını, uğurlarını və səyahətlərini bölüşürlər ki, bu da izləyicilərdə "hamı uğurludur, bir mən geridə qalmışam" kimi yanlış təəssürat yaradır.
Beyin qısa və sürətli kadrlara öyrəşdiyi üçün real həyatdaki sakit, yavaş proseslər insana darıxdırıcı gəlməyə başlayır.
Şəxsi həyatın bütün çətinliklərini başqalarının ekran arxasındakı ideal görüntüləri ilə müqayisə etmək daimi narazılıq doğurur”.
Rəqəmsal detoksun real həyatda tətbiqi üçün psixoloji addımlardan bəhs edən psixoloq vurğulayıb ki, telefona ehtiyacdan deyil, vərdişdən baxdığımızı dərk etmək və gündəlik istifadə məqsədlərini müşahidə etmək, bildirişləri azaltmaq, yemək zamanı və yatmazdan əvvəl telefonu kənara qoymaq, sosial şəbəkələr üçün vaxt sərhədi yaratmaq, boşalan zamanı gəzinti, idman, kitab oxumaq və ya dostlarla canlı ünsiyyət kimi real fəaliyyətlərlə əvəz etmək, “Telefondan ümumiyyətlə istifadə etməyəcəyəm" yanaşması yerinə, "telefon mənim günümü idarə etməyəcək" prinsipini formalaşdırmaq vacibdir.
Psixoloq əlavə edib ki, əgər insan rəqəmsal vasitələrdən uzaq qalanda ciddi narahatlıq keçirirsə və bu onun yuxusuna, işinə mənfi təsir edirsə, problemin arxasındakı dərin emosional səbəblər araşdırılmalıdır. Rəqəmsal detoksun əsas məqsədi texnologiyadan qaçmaq deyil, real həyat ilə rəqəmsal aləm arasında sağlam balans yaratmaqdır.
Çimnaz Telmanqızı
22:39 / 22 Sentyabr 2026
26
22:34 / 22 Sentyabr 2026
25
21:43 / 22 Sentyabr 2026
39
21:29 / 22 Sentyabr 2026
60
21:19 / 22 Sentyabr 2026
62
21:10 / 22 Sentyabr 2026
64
21:00 / 22 Sentyabr 2026
68
20:55 / 22 Sentyabr 2026
69
20:39 / 22 Sentyabr 2026
73
20:37 / 22 Sentyabr 2026
772
20:15 / 22 Sentyabr 2026
71
20:00 / 22 Sentyabr 2026
69
19:46 / 22 Sentyabr 2026
84
19:36 / 22 Sentyabr 2026
458
19:21 / 22 Sentyabr 2026
79
19:19 / 22 Sentyabr 2026
77
19:15 / 22 Sentyabr 2026
69
19:11 / 22 Sentyabr 2026
79
18:59 / 22 Sentyabr 2026
554
18:55 / 22 Sentyabr 2026
74
18:55 / 22 Sentyabr 2026
64
18:54 / 22 Sentyabr 2026
77
18:50 / 22 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.