Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
253
22.09.2026, 13:10
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov ilə görüşüb.
FHN-nin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov iki ölkə arasında mövcud dostluq və qardaşlıq əlaqələrindən bəhs edib, ortaq köklərə malik xalqlarımızın tarixi və mədəni yaxınlığına, ümumi dəyərlərə, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin Prezident İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun siyasi üzaqgörənliyi və müdrikliyi sayəsində strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini xatırladıb.
Bu çərçivədə iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında genişlənən əlaqələrə toxunan nazir, ölkə Prezidentinin müvafiq tapşırıqlarına uyğun olaraq 2015-ci ildə Oş vilayətində baş vermiş güclü zəlzələdən sonra Azərbaycan FHN tərəfindən Qırğızıstana humanitar yardımın çatdırılmasını, ötən il Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyinə təmənnasız olaraq maddi-texniki yardımın göndərilməsini ölkələrimiz arasında qardaşlıq həmrəyliyinin daha bir təzahürü kimi dəyərləndirərək, bunun qurumlararası xoşməramlı münasibətlərin inkişafına təkan verdiyini qeyd edib.
Nazir Qırğızıstan FHN ilə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, mülki müdafiə, mütəxəssislərin hazırlanması, peşəkar təcrübə mübadiləsi və digər istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb, bununla bağlı Qırğız Respublikasının Bakıdakı Səfirliyinin səylərini davam etdirəcəyinə əminliyini bildirib.
Səfir Maksat Mamıtkanov Azərbaycan və Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətlərinin davamlı inkişafından məmnunluq ifadə edib. Bu çərçivədə səfir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin qarşılıqlı faydasını vurğulayıb, bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.