Sahil Babayevdən yeni TƏYİNAT
22 Noyabr 2026, 20:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
455
22.09.2026, 11:56
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub.
Oxu24.com xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır — dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədilə nikahın bağlanmasına müəyyən hüquqi məhdudiyyətlər tətbiq edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi şəxslərin öz arzuları olsa belə, hansı hallarda evlənməyin mümkün olmadığını dəqiq şəkildə müəyyənləşdirib.
Aşağıda Azərbaycan qanunvericiliyinə əsasən nikahın bağlanmasına maneçilik törədən halları və əsas tələbləri diqqətinizə çatdırırıq. Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, aşağıdakı şəxslər arasında nikahın kəsilməsinə qətiyyən yol verilmir: Dominos pizza
1. Qohumluq əlaqələri və ilkin nikah
Mövcud nikahın olması: Tərəflərdən birinin və ya hər ikisinin əvvəlki nikahı rəsmi qaydada pozulmayıbsa, ikinci rəsmi nikahın bağlanması mümkün deyil.
Yaxın qohumluq əlaqələri:
Valideynlər və uşaqlar, babalar/nənələr və nəvələr;
Doğma və ögey (ümumi atası və ya anası olan) qardaşlar və bacılar.
Əmi, dayı, xala və bibi uşaqları arasında nikah: Ailə Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, 2025-ci il iyulun 1-dən tətbiq edilən qadağaya uyğun olaraq, bioloji qohum olan əmioğlu-əmiqızı, xalaoğlu-xalaqızı, dayıoğlu-dayıqızı və bibioğlu-bibiqızı arasında nikahın kəsilməsi tam qadağandır.
Övladlığa götürmə münasibətləri: Övladlığa götürənlər ilə övladlığa götürülənlər arasında nikah bağlana bilməz.
Məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsizliyi: Psixi pozuntu nəticəsində məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin nikaha daxil olmasına izin verilmir.
2. Yaş həddi
Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı həm kişilər, həm də qadınlar üçün istisnasız olaraq 18 yaş müəyyən edilib. Qanunvericiliyə edilən son dəyişikliklərə əsasən, nikah yaşının üzrlü səbəblərdən 1 il azaldılması qaydası ləğv edilib. Hətta hamiləlik və ya digər müstəsna hallar olduqda belə, 18 yaşına çatmayan şəxslərin nikaha daxil olmasına qətiyyən yol verilmir.
3. Tibbi müayinə məcburiyyəti
Ailə Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, nikaha daxil olmaq istəyən şəxslər mütləq qaydada pulsuz tibbi müayinədən keçməlidir. Burada əsas məqsəd tərəfləri bir-birinin sağlamlıq vəziyyəti haqqında məlumatlandırmaqdır. Xəstəliyin (məsələn, İİV/QİÇS, zöhrəvi xəstəliklər və s.) olması avtomatik olaraq nikaha qadağa qoymur. Lakin nikaha daxil olan şəxs özündə bu kimi təhlükəli xəstəliklərin olduğunu qarşı tərəfdən gizlədərsə, aldadılan tərəf sonradan məhkəməyə müraciət edərək nikahın etibarsız sayılmasını tələb edə bilər.
Yenisabah
21:14 / 22 Noyabr 2026
104
21:06 / 22 Noyabr 2026
95
20:56 / 22 Noyabr 2026
830
20:30 / 22 Noyabr 2026
358
19:33 / 22 Noyabr 2026
835
19:20 / 22 Noyabr 2026
131
19:05 / 22 Noyabr 2026
1168
18:54 / 22 Noyabr 2026
120
18:49 / 22 Noyabr 2026
155
18:21 / 22 Noyabr 2026
416
18:16 / 22 Noyabr 2026
191
18:02 / 22 Noyabr 2026
164
17:59 / 22 Noyabr 2026
145
16:38 / 22 Noyabr 2026
212
16:29 / 22 Noyabr 2026
156
16:18 / 22 Noyabr 2026
2535
16:00 / 22 Noyabr 2026
255
14:27 / 22 Noyabr 2026
182
14:11 / 22 Noyabr 2026
203
13:47 / 22 Noyabr 2026
603
13:20 / 22 Noyabr 2026
174
12:51 / 22 Noyabr 2026
226
12:30 / 22 Noyabr 2026
446
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.