Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı
07 Oktyabr 2026, 22:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
278
17.09.2026, 17:32
Təhsil eksperti Məzahir Məmmədli ADMİU tələbəsinin birinci kurs tələbələrini təhdid etdiyi iddiası ilə universitetdən xaric edilməsini şərh edib.
Oxu24.com-a açıqlamasında ekspert bildirib ki, sentyabrın 15-də tədris ili başlayandan bir neçə neqativ hadisə baş verib.
Onun sözlərinə görə, İncəsənət Universitetinin tələbələrinin özlərindən aşağı kurslarda, xüsusilə birinci kurslarda təhsil alan tələbələri açıq şəkildə təhdid etməsi, onlara qarşı ağır ifadələr işlətməsi və müəyyən kriminal elementlər hesab olunan fikirlər səsləndirməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.
Məzahir Məmmədlinin sözlərinə görə, məsələ həm universitet rəhbərliyinin, həm də Daxili İşlər Nazirliyinin diqqətində olub və artıq universitet tərəfindən həmin tələbənin xaric edilməsi barədə qərar açıqlanıb.
Ekspert hesab edir ki, universitetin qərarı müəyyən mənada tələsik qəbul edilib. Onun fikrincə, ilk növbədə baş vermiş hadisəyə hüquqi qiymət verilməli, daha sonra tələbənin universitetdən xaric edilməsi məsələsinə baxılmalıdır. Bununla belə, universitetin daxili intizam qaydalarının həmin tələbənin xaric edilməsinə hüquqi əsas verdiyi görünür.
Məzahir Məmmədli qeyd edib ki, məsələyə münasibətdə cəmiyyətdə fərqli yanaşmalar mövcuddur. O düşünür ki, əgər hadisədə cinayət tərkibi varsa, bu halda hüquq-mühafizə orqanlarının yanaşması, açıqlaması və bununla bağlı qərarının gözlənilməsi daha məqsədəuyğun olardı.
Ekspert eyni zamanda məsələnin daha geniş kontekstdə qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, hazırda həssas bir dövr yaşanır və söhbət yalnız bir universitetdə yuxarı kurs tələbəsinin birinci kurs tələbələrinə münasibətindən getmir. Bu il ölkə üzrə təxminən 65 min tələbənin ali təhsil müəssisələrinə qəbul olunması valideynlərin də narahatlığını artırır. Sosial şəbəkələrdə hadisə ilə bağlı çoxsaylı ittihamların səsləndirilməsi və valideynlərin narazılığının ifadə olunması da bunun göstəricisidir.
Məzahir Məmmədli hüquqşünas olmadığını və bu səbəbdən hadisəyə hüquqi qiymət verə bilməyəcəyini bildirib. Bununla yanaşı, o, universitetin tələbəni xaric etməsi qərarını ağır qərar hesab etdiyini, lakin qərarın cəmiyyətdə yaranmış geniş müzakirə və ictimai reaksiyalar fonunda günün tələbinə uyğun addım kimi də qiymətləndirilə biləcəyini qeyd edib.
Turan Etibaroğlu
23:09 / 07 Oktyabr 2026
5
22:54 / 07 Oktyabr 2026
32
22:50 / 07 Oktyabr 2026
35
22:48 / 07 Oktyabr 2026
58
22:38 / 07 Oktyabr 2026
45
22:28 / 07 Oktyabr 2026
1658
22:27 / 07 Oktyabr 2026
54
22:00 / 07 Oktyabr 2026
71
21:53 / 07 Oktyabr 2026
48
21:47 / 07 Oktyabr 2026
185
21:35 / 07 Oktyabr 2026
288
21:31 / 07 Oktyabr 2026
68
21:25 / 07 Oktyabr 2026
110
21:15 / 07 Oktyabr 2026
255
21:11 / 07 Oktyabr 2026
90
21:06 / 07 Oktyabr 2026
64
21:05 / 07 Oktyabr 2026
57
20:49 / 07 Oktyabr 2026
190
20:34 / 07 Oktyabr 2026
494
20:30 / 07 Oktyabr 2026
2040
20:27 / 07 Oktyabr 2026
124
20:02 / 07 Oktyabr 2026
990
19:54 / 07 Oktyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.