Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda gecə klubunda əylənən ərəb fantastik hesab ödədi - FOTO

Bakıda gecə klubunda əylənən ərəb fantastik hesab ödədi - FOTO

CƏMİYYƏT

1162

23.08.2019, 23:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Bakıda yerləşən gecə klublarından birində ərəb turistlərə 6340 AZN-lik hesab təqdim olunub.
Oxu24.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə hesabı əks etdirən foto paylaşılıb. Hesabdan görünür ki, turistlər əsas maliyyəni atəşfəşanlıq üçün istifadə ediblər. Onlar buna 2000 AZN-dən çox pul xərcləyiblər.
Qeyd edək ki, son vaxtlar buna bənzər hallara tez-tez rast gəlinir. Körfəz ölkələrindən olan turistlərə ölkəmizdəki istirahət və əyləncə mərkəzlərində fantastik hesabların təqdim olunmasını əks etdirən fotolar tez-tez sosial şəbəkələrdə yayılır. Xatırladaq ki, bir müddət öncə paytaxtdakı kafelərin birində nahar edən ərəblər 1143 manat pul ödəyiblər. Bundan əvvəl isə Qəbələdə qəlyanaltı ərəb turistlərə 617 manata başa gəlmişdi.