Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? – Nazirin planı bəlli oldu
10 Sentyabr 2026, 13:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
42
10.09.2026, 12:41
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmail Uld Şeyx Əhmədə təbrik məktubu ünvanlayıb.
Oxu24.com xəbər verir ki, mətndə deyilir:
"Hörmətli cənab Baş katib,
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan İƏT ilə əməkdaşlığa xüsusi önəm verir və əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq doğurur. Təşkilata üzv olduğumuz 35 il ərzində Azərbaycan İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynamış, İslam həmrəyliyinin gücləndirilməsinə töhfə vermiş, təşkilatın beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak etmişdir.
Azərbaycan da öz növbəsində, daim İƏT-in ardıcıl dəstəyini hiss etmişdir. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə İƏT qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul etmişdir. Biz bütün bunları yüksək qiymətləndiririk.
Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mövcud olan sıx əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyimi ifadə edirəm. Bildiyiniz kimi Azərbaycan 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına, həmçinin İnformasiya Nazirlərinin İslam Konfransının 13-cü sessiyasına və digər tədbirlərə ev sahibliyi edəcəkdir. Bu istiqamətdə Sizinlə sıx və səmərəli əməkdaşlıq edəcəyimizə ümid edirəm.
İnanıram ki, Sizin bu mötəbər təşkilata rəhbərliyiniz İƏT-in qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsinə, İslam həmrəyliyinin güclənməsinə xidmət edəcəkdir.
Bir daha Sizə səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, İslam dünyasının rifahı naminə şərəfli işinizdə uğurlar arzulayıram".
13:01 / 10 Sentyabr 2026
1
13:01 / 10 Sentyabr 2026
11
12:56 / 10 Sentyabr 2026
22
12:47 / 10 Sentyabr 2026
38
12:41 / 10 Sentyabr 2026
37
12:35 / 10 Sentyabr 2026
45
12:31 / 10 Sentyabr 2026
47
12:30 / 10 Sentyabr 2026
48
12:28 / 10 Sentyabr 2026
66
12:27 / 10 Sentyabr 2026
275
12:21 / 10 Sentyabr 2026
53
12:20 / 10 Sentyabr 2026
51
12:07 / 10 Sentyabr 2026
62
11:52 / 10 Sentyabr 2026
62
11:41 / 10 Sentyabr 2026
64
11:35 / 10 Sentyabr 2026
59
11:27 / 10 Sentyabr 2026
65
11:23 / 10 Sentyabr 2026
102
11:17 / 10 Sentyabr 2026
324
11:11 / 10 Sentyabr 2026
68
10:56 / 10 Sentyabr 2026
120
10:55 / 10 Sentyabr 2026
61
10:45 / 10 Sentyabr 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.