Emin Ağalarov 99 milyon dollarlıq LAYİHƏ EDƏCƏK
09 Noyabr 2026, 15:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
274
08.09.2026, 11:10
SİMA Rəqəmsal Həllər Platformasının yeni rəsmi maskotu – “Simi” təqdim edilib. Brendin yeni siması kimi robotik sincab obrazı seçilib.
Sincab təbiətdəki faydalı resursları toplayan, onları qoruyan zəhmətkeş, çevik, pozitiv heyvan kimi tanınır. Bu xüsusiyyətlər isə rəqəmsal dünyada məlumatların təhlükəsiz şəkildə qorunması və rahat istifadəçi təcrübəsi ilə üst-üstə düşür.
“Simi” SİMA Platformasının 5 alt məhsulu üzrə kommunikasiya kanallarında istifadə olunmaq üçün nəzərdə tutulub. Maskotun hazırlanması xidmət sahəsində trend innovasiyaların tətbiq edilməsi və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilib. Odur ki, SİMA-nın yeni vizual strategiyası rəqəmsal xidmətləri hər kəs üçün daha sadə və əyləncəli yolla izah etməyi hədəfləyir.
Qeyd edək ki, "Simi" tezliklə SİMA-nın bütün kommunikasiya kanallarında və rəqəmsal interfeyslərində istifadə olunacaq. SİMA platforması dostcanlı və sevimli görünüşə malik olan “Simi” ilə texnologiyanı bütün istifadəçi kütlələri üçün daha anlaşılan və səmimi göstərməyi hədəfləyir.
SİMA Rəqəmsal Həllər Platforması haqqında
"AzInTelecom" MMC tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər Platforması bulud və biometrik texnologiyalara əsaslanan rəqəmsal ekosistemdir. Platforma "SİMA İmza", "SİMA KYC", "SİMA Access", "SİMA Token" və "SİMA Pay" məhsulları vasitəsilə identifikasiya, imzalama və ödəniş proseslərini tam rəqəmsallaşdırır. Sistem vətəndaşlar, dövlət və özəl sektor üçün məsafədən rahat, çevik və təhlükəsiz xidmət mühiti təmin edir. Ətraflı məlumat üçün: www.sima.az.
15:54 / 09 Noyabr 2026
41
15:49 / 09 Noyabr 2026
45
15:47 / 09 Noyabr 2026
72
15:45 / 09 Noyabr 2026
83
15:40 / 09 Noyabr 2026
116
15:34 / 09 Noyabr 2026
60
15:23 / 09 Noyabr 2026
79
15:13 / 09 Noyabr 2026
92
15:05 / 09 Noyabr 2026
412
15:00 / 09 Noyabr 2026
109
14:58 / 09 Noyabr 2026
85
14:55 / 09 Noyabr 2026
104
14:42 / 09 Noyabr 2026
94
14:37 / 09 Noyabr 2026
92
14:29 / 09 Noyabr 2026
406
14:22 / 09 Noyabr 2026
230
14:17 / 09 Noyabr 2026
105
14:06 / 09 Noyabr 2026
1190
14:04 / 09 Noyabr 2026
126
13:44 / 09 Noyabr 2026
903
13:21 / 09 Noyabr 2026
138
13:11 / 09 Noyabr 2026
373
12:57 / 09 Noyabr 2026
1997
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.