Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb

2019-08/1566402971_kebe_0124.jpg

CƏMİYYƏT

905

21.08.2019, 19:56

\"\" Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gün Vətənə dönüb.
Oxu24.com xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Zəvvarların ilk qrupunu gətirən təyyarə saat 14:20-də Bakıya çatıb.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub. Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar. Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir.