Sürücülərin diqqətinə!Yollarda dəyişiklik oldu
06 Noyabr 2026, 00:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
281
06.09.2026, 12:00
Bizə - ömrünü qəzetçiliyə həsr etmiş insanlara nə qədər ağır olsa da, etiraf etməliyik ki, kağız qəzet artıq tarixə çevrilir. Həm də bu, təkcə qəzet köşklərinin lotereya və elektron siqaretlər satılan məkana çevrilməsinin ağrısı deyil. İndiki dövrdə oxumaq təəssüf ki, dəbdən düşüb. Bu gün sosial media fenomenləri - blogerlər, influenserlər, yutuberlər daha çox baxış sayı əldə edirlər.
Oxu24.com xəbər verir ki,bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.
"Bununla belə, ciddi, alternativ fikirlər, xəbərlərə fərqli rakurslardan yanaşmalar eşitmək və düşünmək istəyən insanlar üçün gündəmin obyektiv, əhatəli və peşəkar şərhi yenə də aktualdır.
Son vaxtlar türkiyəli jurnalist Cüneyit Özdəmirin Yutub kanalında, demək olar, hər gün hazırladığı, gündəmin müzakirəsinə həsr edilən verilişlərini mütəmadi izləyirəm. Türkiyənin və dünyanın gündəmində baş verən heç bir hadisə gözdən qaçmır. Ən aktual mövzular müxtəlif sahələr üzrə peşəkarlaşmış daimi və qonaq ekspertlərin şərhi ilə müzakirəyə çıxarılır, izləyicilərə düşünmək imkanı verilir.
Şəxsən mən peşəkar qəzetçinin apardığı bu verilişi elə çağdaş qəzet adlandırardım.
Bu gün bizim sosial media məkanında belə səviyyəli komanda ilə gündəmin hərtərəfli müzakirəsi nümunəsi, təəssüf ki, yoxdur. Hələlik təkcə Şərif Ağayarın apardığı "Yazıçı postu"nda bunun müəyyən işartıları görünür və düşünürəm ki, inkişaf etdirilərsə, dolğun və əhatəli bir layihəyə çevrilə bilər.
Klassik qəzetçi dostları ruhdan düşməməyə, dövrün gətirdiyi yeniliklərə çevik reaksiya verməyə çağırıram.
Sonda yenə peşəkarlar üstünlük qazanacaqlar",-deyə R.Məcid qeyd edib.
Nigar
00:08 / 06 Noyabr 2026
39
23:34 / 05 Noyabr 2026
454
23:10 / 05 Noyabr 2026
77
22:44 / 05 Noyabr 2026
974
22:33 / 05 Noyabr 2026
104
22:27 / 05 Noyabr 2026
78
22:20 / 05 Noyabr 2026
93
22:14 / 05 Noyabr 2026
90
22:06 / 05 Noyabr 2026
82
21:53 / 05 Noyabr 2026
82
21:50 / 05 Noyabr 2026
116
21:40 / 05 Noyabr 2026
101
21:35 / 05 Noyabr 2026
210
21:27 / 05 Noyabr 2026
521
21:25 / 05 Noyabr 2026
100
21:15 / 05 Noyabr 2026
276
21:14 / 05 Noyabr 2026
109
21:00 / 05 Noyabr 2026
296
20:58 / 05 Noyabr 2026
134
20:47 / 05 Noyabr 2026
237
20:44 / 05 Noyabr 2026
127
20:37 / 05 Noyabr 2026
151
20:22 / 05 Noyabr 2026
295
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.