Keçmiş 5 nömrəli xəstəxanada nə vaxt yenidən istifadəyə veriləcək - VİDEO
25 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
597
05.09.2026, 21:17
Şuşada, xüsusilə Cıdır düzündə tarixi izlərin qorunması vacibdir, turistlər tərəfindən qayalara müxtəlif yazıların yazılması və bu məkanlara zərər vurulması yolverilməzdir.
APA-nın Qarabağ bürosuna açıqlamasında Silahlı Qüvvələrin ehtiyatda olan polkovnik-leytenantı, 44 günlük Vətən müharibəsində tək oğlu ilə birlikdə döyüşmüş və döyüş əməliyyatlarından birində ayağını itirmiş Kamil Duniyev belə halların qəbuledilməz olduğunu bildirib.
Kamil Duniyev qeyd edib ki, bu cür halların qarşısının alınması üçün dəfələrlə tədbirlər görülüb, qaydalara əməl etməyən şəxslər cərimələnib və onlara müvafiq izahat verilib.
“Lakin buna baxmayaraq, bu cür hallar hələ də davam edir. İşğaldan azad olunmuş ərazilərdə daş və qayaların üzərinə boya və digər vasitələrlə yazıların yazılması, eləcə də ərazilərin çirkləndirilməsi qəbuledilməzdir. Xüsusilə şəhid qanı tökülmüş, Azərbaycanın tarixi abidələrinə və tarixi məkanlarına çevrilmiş ərazilərdə hər hansı yazının yazılması, təbiətin pozulması böyük qayda pozuntusudur. Bunu təkcə qazilər, şəhid ailələrinin üzvləri və döyüşçülər deyil, hər kəs qınamalıdır. Bu, qınanılası məsələdir”, – o bildirib.
Qazi xüsusilə belə halların Şuşada, o cümlədən Cıdır düzündə baş verməsindən məyus olduğunu vurğulayıb.
“Bu halın Şuşada törədildiyini eşidəndə çox məyus oldum. Xüsusilə Cıdır düzündə Azərbaycanın qəhrəman oğullarının izləri, Şuşanın azad olunması zamanı atılan güllə və mərmilərin izləri canlı tarix kimi yaşamaqdadır. Belə bir məkanda qayalıqlara adların yazılması yolverilməzdir. Şuşada, Laçında və digər işğaldan azad olunmuş ərazilərdə belə halların baş verməsi qəbuledilməzdir”, – Kamil Duniyev əlavə edib.
22:30 / 25 Noyabr 2026
109
22:26 / 25 Noyabr 2026
28
22:16 / 25 Noyabr 2026
51
22:12 / 25 Noyabr 2026
58
22:03 / 25 Noyabr 2026
72
21:38 / 25 Noyabr 2026
95
21:34 / 25 Noyabr 2026
99
21:34 / 25 Noyabr 2026
127
21:31 / 25 Noyabr 2026
405
21:28 / 25 Noyabr 2026
107
21:16 / 25 Noyabr 2026
93
21:05 / 25 Noyabr 2026
103
20:56 / 25 Noyabr 2026
109
20:46 / 25 Noyabr 2026
966
20:42 / 25 Noyabr 2026
101
20:36 / 25 Noyabr 2026
119
20:35 / 25 Noyabr 2026
121
20:29 / 25 Noyabr 2026
120
20:19 / 25 Noyabr 2026
122
20:14 / 25 Noyabr 2026
162
20:01 / 25 Noyabr 2026
352
19:57 / 25 Noyabr 2026
119
19:49 / 25 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.