Qaynar xətt:

(+99450) 247 90 86

Əlvida,cənab PİLOT!

2019-08/1566365843_385d5cd33e78022.jpg

CƏMİYYƏT

1631

21.08.2019, 09:37

   
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başlayıb. APA xəbər verir ki, pilotla vida mərasimi Yeni Yasamaldakı evinin həyətində keçirilir. Saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla rəsmi vida mərasimi keçiriləcək. Pilot daha sonra II Fəxri Xiyabanda dəfn ediləcək. Mərhumun qayınatası, politoloq Qabil Hüseynli APA-ya bildirib ki, ötən gün səsləndirdiyi fikirlər yanlış anlaşılıb: "Bugünkü tədbir dövlət tədbiri olduğu üçün bildirdim ki, buradan siyasi məqsədlər üçün istifadə olunmasın. Sabah isə Heydər Məscidində saat 12-də 3 və 7 mərasimi keeçiriləcək. Orada hər kəs iştirak edə bilər". Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.