Qaynar xətt:

(+99450) 247 90 86

Bu gün 42 dərəcə isti olacaq

2019-08/1566366049_isti-hava.jpg

CƏMİYYƏT

906

21.08.2019, 09:25

\"\"   
Avqustun 21-də havanın əsasən günəşli keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 33-38, Bakıda gecə 21-23, gündüz 36-38 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında avqustun 21-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 34-39, bəzi yerlərdə 42, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 21-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü fonunda gündüz saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.