Qaynar xətt:

(+99450) 247 90 86

“Ruhun şad olsun, oğul” — Flora Kərimova Rəşad Atakişiyevdən YAZDI

2019-08/1566327993_flore-resad-atakisiyev1.jpg

CƏMİYYƏT

1180

20.08.2019, 23:06

\"\" Xalq artisti Flora Kərimova bu gün meyiti tapılan MiQ-29 qırıcısının pilotu Rəşad Atakişiyev haqqında status yazıb. “Oxu24.com” xəbər verir ki, o, Azərbaycanın Rəşadla fəxr etdiyini qeyd edib və Vətənə başsağlığı verib:
“İndi rahat uyu oğul! Səni Xəzər lay-lay deyib çağladı, xidmətində olduğun Vətən torpağı sənin qoynunda uyuyacaq. Sevənlərin səni görmək üçün gələcəkləri, hər vətəndaşa nəsib olmayan vətəndaşın var. Ruhun şad olsun oğul!” İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin \"MiQ-29\" təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları bu gün tapılaraq dənizdən çıxarılıb.