Yüksək vəzifəli qadın İŞDƏN ÇIXARILDI
03 Noyabr 2026, 10:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
288
03.09.2026, 11:41
Avqustda Bakıda havanın temperaturu 27 gün normadan yuxarı olub.
Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin avqust ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0–5 dərəcə), 4 gün isə normadan aşağı (0–3 dərəcə) olub. Orta aylıq temperatur 28 dərəcə isti olub ki, bu da iqlim normasından 2 dərəcə yuxarıdır.
Bakı və Abşeron yarımadasında avqust ayında maksimal temperatur avqustun 9-da 39 dərəcə isti (Maştağa), bölgələrdə isə avqustun 9-u və 10-da 40 dərəcə isti (Kürdəmir) qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında avqustun 31-də 19 dərəcə isti (Sumqayıt), yüksək dağlıq ərazilərdə isə avqustun 30-da 6 dərəcə isti (Şahdağ) olub.
Avqust ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb, dolu düşüb. Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 381 faizi olmaqla Quba - Qusar zonasına (Şahdağ - 250 mm) və aylıq normanın 305 - 617 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı - 19 mm, Çilov adası - 26 mm) düşüb.
Avqust ayı ərzində Kəlbəcər rayonunun mərkəzinə və İstisu qəsəbəsinin Alagöllər ərazisinə dolu, o cümlədən Bakı və Abşeron yarımadasının şəhərətrafı ərazilərində intensiv leysan yağışla bərabər xırda dənəli dolu müşahidə olunub.
Avqust ayının bəzi günlərində küləkli hava şəraiti ilə əlaqədar 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 12 gün, bölgələrdə isə 28 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 23 m/s, bölgələrdə isə 24 m/s-ə çatıb.
10:39 / 03 Noyabr 2026
11
10:30 / 03 Noyabr 2026
23
10:27 / 03 Noyabr 2026
47
10:24 / 03 Noyabr 2026
40
10:20 / 03 Noyabr 2026
56
10:17 / 03 Noyabr 2026
79
10:01 / 03 Noyabr 2026
221
10:00 / 03 Noyabr 2026
73
09:58 / 03 Noyabr 2026
68
09:31 / 03 Noyabr 2026
73
09:29 / 03 Noyabr 2026
71
09:28 / 03 Noyabr 2026
81
07:35 / 03 Noyabr 2026
158
06:33 / 03 Noyabr 2026
172
03:05 / 03 Noyabr 2026
481
02:30 / 03 Noyabr 2026
554
01:55 / 03 Noyabr 2026
278
00:25 / 03 Noyabr 2026
212
00:20 / 03 Noyabr 2026
492
00:15 / 03 Noyabr 2026
342
00:15 / 03 Noyabr 2026
217
00:06 / 03 Noyabr 2026
441
23:44 / 02 Noyabr 2026
388
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.