Rəşad Məcidə ağır itki
15 Noyabr 2026, 09:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
470
26.08.2026, 13:33
Xarici ölkə vətəndaşlığını qəbul edən, lakin Azərbaycan Respublikasının vətəndaşlığından rəsmi şəkildə çıxmayan şəxslərin hərbi xidmətə çağırılması məsələsi son dövrlərdə hüquqi müstəvidə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Mövcud qanunvericiliyə əsasən, xarici dövlətin pasportunun əldə edilməsi Azərbaycan vətəndaşlığına avtomatik xitam verilməsi və ya hərbi öhdəliyin aradan qalxması anlamına gəlmir. Şəxsin vətəndaşlığına müvafiq hüquqi prosedurla xitam verilməyibsə, o, qanunla müəyyən edilmiş ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilər. Çağırışçının xarici ölkədə daimi yaşaması da onun Azərbaycan Respublikası qarşısındakı hərbi vəzifəsini öz-özlüyündə ləğv etmir. Xarici dövlətin ordusunda xidmət keçmə hallarına gəldikdə isə, bu məsələ şəxsin konkret hüquqi statusundan və xidmətin hansı şərtlərlə həyata keçirilməsindən asılı olaraq ayrıca qiymətləndirilir. Beləliklə, əsas meyar şəxsin xarici pasportunun olması deyil, onun Azərbaycan vətəndaşlığının rəsmi hüquqi statusudur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hərbi ekspert Anar Şuşalı xarici ölkə vətəndaşlığı olan şəxslərin hərbi öhdəlikləri və hüquqi meyarlar barədə məsələyə aydınlıq gətirib.
Ekspert bildirib ki, qanunvericilikdə xarici vətəndaşlığın qəbulu və hərbi xidmət öhdəliyi dəqiq çərçivəyə salınıb:
“Vətəndaşlıqdan rəsmi çıxış yoxdursa, öhdəlik qüvvədə qalır.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında' Qanuna əsasən, başqa ölkənin vətəndaşlığını könüllü qəbul etmək Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsas yaradır. Lakin bu, avtomatik baş verən proses deyil. Şəxs rəsmi qaydada Azərbaycan vətəndaşlığından çıxarılmayıbsa və ya vətəndaşlığına xitam verilməyibsə, o, hüquqi baxımdan Azərbaycan vətəndaşı sayılır”.
Onun sözlərinə görə, “Hərbi vəzifə və hərbi xidmət haqqında' Qanunun müddəalarına uyğun olaraq, həmin şəxs çağırış yaşına və digər kriteriyalara cavab verirsə, ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırıla bilər.
“Xaricdə yaşamaq hərbi öhdəliyi aradan qaldırmır”
Anar Şuşalı vurğulayıb ki, bir çox hallarda vətəndaşlar elə hesab edirlər ki, xarici ölkədə daimi yaşamaq və ya orada qeydiyyatda olmaq onları hərbi xidmətdən azad edir. Bu, yanlış yanaşmadır. Şəxsin xaricdə məskunlaşması onun Azərbaycan qarşısında hərbi vəzifəsini dondurmur və ya ləğv etmir. Azərbaycan vətəndaşlığı qüvvədə olduğu müddətdə hərbi mükəlləfiyyət öz hüquqi qüvvəsini saxlayır.
Xarici orduda xidmət keçənlərin vəziyyəti necə tənzimlənir?
Ekspert bildirib ki, ən çox sual doğuran məqamlardan biri də xarici dövlətin silahlı qüvvələrində xidmət etmiş şəxslərin vəziyyətidir:
“Xarici ölkənin ordusunda könüllü xidmət etmək Azərbaycan vətəndaşlığının itirilməsi üçün hüquqi əsas ola bilər, lakin bu hal da ayrıca araşdırma və rəsmiləşdirmə tələb edir. Digər tərəfdən, qanunvericilikdə xarici ölkədə müddətli həqiqi hərbi xidmət keçmiş şəxslərlə bağlı müəyyən xüsusi istisnalar və müddəalar nəzərdə tutulub. Ona görə də 'xaricdə hərbi xidmət keçən hər kəs Azərbaycanda xidmətdən azad olunur' və ya 'yenidən xidmətə aparılır' kimi birdəfəlik nəticə çıxarmaq olmaz. Hər bir hal fərdi qaydada qiymətləndirilməlidir”.
Anar Şuşalı qeyd edib ki, konkret şəxsin hərbi xidmətə çağırılması müəyyən edilərkən onun yaşı, hərbi qeydiyyatı, sağlamlıq vəziyyəti, möhlət hüququnun olub-olmaması və ən başlıcası – Azərbaycan vətəndaşlığının rəsmi statusu kompleks şəkildə nəzərə alınır.
Çimnaz Telmanqızı
09:35 / 15 Noyabr 2026
123
07:35 / 15 Noyabr 2026
83
05:50 / 15 Noyabr 2026
103
01:35 / 15 Noyabr 2026
128
01:10 / 15 Noyabr 2026
137
23:59 / 14 Noyabr 2026
330
23:51 / 14 Noyabr 2026
182
23:47 / 14 Noyabr 2026
198
23:33 / 14 Noyabr 2026
168
23:23 / 14 Noyabr 2026
486
23:16 / 14 Noyabr 2026
163
23:05 / 14 Noyabr 2026
665
23:01 / 14 Noyabr 2026
499
22:28 / 14 Noyabr 2026
1321
22:19 / 14 Noyabr 2026
166
21:55 / 14 Noyabr 2026
169
21:32 / 14 Noyabr 2026
196
21:22 / 14 Noyabr 2026
276
21:11 / 14 Noyabr 2026
1148
21:04 / 14 Noyabr 2026
1247
21:02 / 14 Noyabr 2026
178
20:56 / 14 Noyabr 2026
1013
20:50 / 14 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.