5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
233
26.08.2026, 09:28
AQTA tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan yağ məhsulu partiyalarında uyğunsuzluqlar aşkar edilib.
Oxu24.com xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
"Belə ki, aparılan müayinə nəticəsində Qazaxıstanın "Eurasian Foods" müəssisəsinə məxsus 82,5% yağlılıqlı "Stanichnoe Osoboe" əmtəə nişanlı qarışıq bitki yağında 3-Monoxlorpropan-1,2-diol (3-MCPD) göstəricisi üzrə, Rusiyanın "Jirovoy Kombinat" müəssisəsinə məxsus "Tot samıy vkus i aromat" əmtəə nişanlı marqarin, 82,5% yağlılıqlı "Maslyona", "Rossiyanka Traditsionnoe" əmtəə nişanlı qarışıq bitki tərkibli yağlarda qlisidol (QE), o cümlədən "Şedroye leto" əmtəə nişanlı bitki tərkibli yağda həm 3-Monoxlorpropan-1,2-diol (3-MCPD), həm də qlisidol göstəricisi üzrə uyğunsuzluqlar aşkar edilib. Həmçinin Rusiyanın "Pişevie İnqredienti" müəssisəsinə məxsus "Maslo Palmovoye" əmtəə nişanlı palma yağı və "Oilprime" əmtəə nişanlı qarışıq bitki yağında emal çirkləndiricisi 3-Monoxlorpropan-1,2-diol (3-MCPD) aşkarlanıb", - məlumatda qeyd olunub.
Bildirilib ki, aparılan nəzarət tədbirlərinin nəticələrinə əsasən, qeyd olunan istehsalçı müəssisələrin məhsullarının Azərbaycan Respublikasına idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib və məsələ ilə bağlı həmin ölkələrin qida təhlükəsizliyi sahəsi üzrə səlahiyyətli qurumlarına rəsmi bildirişlər göndərilib:
"Məhsulların dövriyyəsinin qarşısı alınıb. Hazırda qanunamüvafiq digər tədbirlər həyata keçirilməkdədir".
Məlumatda qeyd edilib ki, agentlik tərəfindən həyata keçirilən idxal nəzarət tədbirlərinin məqsədi insan sağlamlığı və həyatı üçün ciddi təhlükə yaradan məhsulların ölkə ərazisinə daxil olmasının qarşısının alınması, istehlakçıların sağlamlığının və hüquqlarının qorunması, eləcə də təhlükəsiz qida məhsullarının dövriyyəsinin təmin edilməsidir.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.