İşə düzəlmək istəyən müəllimlərə RƏSMİ XƏBƏR
05 Noyabr 2026, 00:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
207
13.08.2026, 14:10
III ixtisas qrupu üzrə builki qəbul müsabiqəsində yüksək rəqabət müşahidə olunur. Bu qrupda həm dövlət sifarişi əsasında ayrılan yerlərin payı aşağıdır, həm də müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin sayı plan yerlərini xeyli üstələyir.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in yutub kanalında canlı yayımda deyib.
DİM sədri bildirib ki, III ixtisas qrupu üzrə ümumilikdə 15 min 533 plan yeri ayrılıb. Həmin yerlərdən təxminən 4 mini dövlət sifarişi əsasında maliyyələşdirilir ki, bu da ümumi plan yerlərinin cəmi 26 faizini təşkil edir.
Onun sözlərinə görə, ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 20 min 805 abituriyent qəbul müsabiqəsində iştirak hüququ qazanıb. Bu isə plan yerlərinin sayından təxminən 5 min nəfər çoxdur.
Məleykə Abbaszadə qeyd edib ki, III ixtisas qrupunda 150 balla qəbul aparılan ixtisaslar da mövcuddur. Həmin ixtisaslar nəzərə alındıqda ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 24 min 653 abituriyent müsabiqəyə buraxılıb. Bu halda da müsabiqə iştirakçılarının sayı plan yerlərini əhəmiyyətli dərəcədə üstələyir.
DİM sədri vurğulayıb ki, III ixtisas qrupu iki altqrupdan – DT və TC altqruplarından ibarətdir və hər iki altqrup üzrə yüksək müsabiqə vəziyyəti yaranıb. DT altqrupu üzrə 13 min 373 plan yerinə 20 min 805 abituriyent iddia edir. TC altqrupu üzrə isə 2 180 plan yerinə 7 949 abituriyent müsabiqəyə qatılır.
Məleykə Abbaszadə bildirib ki, eyni abituriyent hər iki altqrup üzrə imtahan nəticəsinə malik ola bilər. İxtisas seçimi zamanı isə o, üstünlük verdiyi altqrupu müəyyənləşdirərək seçimlərini müvafiq ardıcıllıqla yerləşdirir.
00:23 / 05 Noyabr 2026
1
00:18 / 05 Noyabr 2026
27
00:16 / 05 Noyabr 2026
75
23:48 / 04 Noyabr 2026
101
23:44 / 04 Noyabr 2026
75
23:40 / 04 Noyabr 2026
73
23:35 / 04 Noyabr 2026
71
23:33 / 04 Noyabr 2026
65
23:30 / 04 Noyabr 2026
91
23:26 / 04 Noyabr 2026
55
23:22 / 04 Noyabr 2026
86
23:17 / 04 Noyabr 2026
107
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
75
23:04 / 04 Noyabr 2026
104
22:59 / 04 Noyabr 2026
146
22:51 / 04 Noyabr 2026
95
22:38 / 04 Noyabr 2026
99
22:34 / 04 Noyabr 2026
117
22:26 / 04 Noyabr 2026
103
22:22 / 04 Noyabr 2026
112
22:16 / 04 Noyabr 2026
2466
22:14 / 04 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.