Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16809
az

Bu ərazilərdəki torpaqlar Bakı metropoliteninə verildi: Evlər sökülür (ÜNVANLAR)

10:4416 Avqust, 2019
531
CƏMİYYƏT
  • A
 
Nazirlər Kabineti qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə dartıazaldıcı yarımstansiyanın tikintisi ilə bağlı torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə qərar qəbul edib.

Oxu24.com  xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində dartı-azaldıcı yarımstansiyanın tikintisi ilə əlaqədar 0,0606 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən vətəndaşlara məxsus yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqan "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə bu Qərarın 1-ci hissəsində göstərilən torpaq sahəsinin və üzərindəki tikililərin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirmək və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb.

Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göyçayda qadın toy mərasimində ÖLDÜ

Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
"Cərrahın yanına getmərəm, nəyəmsə oyam" - VİDEO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Dələduzluğa görə axtarışda olan 17 nəfər tutuldu