Qaynar xətt:

(+99450) 247 90 86

“Qafqazinfo” 9 yaşında!

2019-08/1565937699_qafqaz.jpg

CƏMİYYƏT

669

16.08.2019, 10:41

\"\"  Bu gün “Qafqazinfo” Xəbər Portalının fəaliyyətə başlamasından 9 il ötür.
16 avqust, 2010-cu ildə fəaliyyətə başlayan sayt inkişaf edərək sıralarını genişləndirib. Vaxtilə bir neçə nəfərlə xəbər meydanına atılan “Qafqazinfo”nun hazırda 22 rəsmi əməkdaşı var. Bundan başqa, Bakıətrafı xəbərləri vətəndaşlara daha dəqiq çatdırmaq məqsədilə bölgə müxbirləri də işə cəlb olunub.
Sutkalıq rejimdə, 24 saat ərzində yenilənən xəbər portalı 3 növbəli sistemlə işləyir.   Gün ərzində sayta 100-dən çox xəbər qoyulur ki, bunlar müxtəlif sahələri əhatə edir. “Qafqazinfo” oxucusuna istər ölkədaxili, istərsə də dünya hadisələrdən anında xəbər tutmaq imkanı verir. Oxucularını tək-tək toplayan sayt 8 müxtəlif sahəni əhatə edən bölməsi ilə bütün sosial qruplara hədəflənib. Baş verən hadisələrin görüntüsünü də ətraflı təqdim etmək üçün portalda multimedia bölməsi də açılıb.