Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16801
az

Vaqif Əsədovdan sürücülərə çəkələk xəbərdarlığı - FOTO

09:2616 Avqust, 2019
519
CƏMİYYƏT
  • A
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxt ərazisində yerləşən çimərliklərdə yeni aksiyaya start verib.

Oxu24.com  xəbər verir ki, aksiya zamanı çimərliklərin girişinə BŞDYPİ tərəfindən hazırlanmış plakatlar vurulmaqla yanaşı, sürücü və digər hərəkət iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.


Bukletlərdə avtomobili çəkələklə idarə etməyin, maşından küçə və yollara zibil atmağın, çimərlik ərazisində nəqliyyat vasitəsilə ilə təlim keçməyin, sərnişindaşıma qaydalarını pozmağın, spirtli içki qəbul edərək sükan arxasında əyləşməyin təhlükəli olması barədə bildirişlər qeyd olunub.

Sürücülərin bu qaydalara əməl etmələrinin vacibliyi öz əksini tapıb.


Suraxanı rayon ərazisində yerləşən çimərliklərdə yüzlərlə buklet paylanılıb. BŞDYPİ-nin və Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

Daha sonra tədbir Səbail rayonu ərazisindəki Şıx çimərliyində davam etdirilib. Çimərliklərin girişinə plakatlar asılıb, bukletlər paylanılıb.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov tədbirin əhəmiyyəti barədə bildirib ki, yay mövsümü ərəfəsində çimərliyə gələrək istirahət edənlərin təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi tərəfindən tədbirlər həyata keçirilir.

Xüsusilə, Bakı şəhərinin inzibati ərazisinə düşən çimərliklərdə, onlara bitişik küçə və prospektlərdə yol polisi xidmət aparır.

Vaqif Əsədov qeyd edib ki, qaydaların pozulması nəticəsində baş verən yol qəza hadisələrinin qarşısının alınması üçün xüsusi işlər görülüb:

“Məlumat xarakterli bukletlər çimərliyə gələnlərə paylanılır. Eləcə də vətəndaşlar arasında maarifləndirmə işləri aparılır.


Bu gün Səbail rayonu Şıx çimərliyində və Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən çimərliklərdə maarifləndirmə aksiyası keçirdik.

Sürücülərə nəqliyyat vasitələrini çəkələklə idarə etməyin təhlükəli tərəfləri, spirtli içkinin təsiri altında avtomobil idarə etməyin ölümə apardığı barədə məlumat verdik.

Xüsusi olaraq diqqətə çatdırdıq ki, çimərlik ərazisində nəqliyyat vasitələrindən təlim məqsədilə istifadə olunması da yolverilməzdir”.

Tədbirlər digər çimərliklərdə də davam etdiriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Limon suyunun möcüzəvi faydaları
Goranboyda ər-arvad dəm qazından öldü
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı