Qaynar xətt:

(+99450) 247 90 86

Əzab mələklərindən nicat yolu

2019-08/1565719363_dua_etmek_0299.jpg

CƏMİYYƏT

980

13.08.2019, 22:02

\"\" Həzrət Peyğəmbər (s) buyurur: \"Hər kim Allahın onu 19 şölədən (əzab mələklərindən) xilas etməsini istəyirsə, \"Bismilləhir-Rahmənir-Rahim\"i qiraət etsin. Çünki o, 19 hərfdəndir. Allah onun hər bir hərfini, o mələklərin hər birinin qarşısında qalxan qərar verər\". (Avini)
Allahın Peyğəmbəri (s) buyurur: \"Mürəkkəbqabına liğə (sap) qoy, qələmi itilə, (\"Bismilləhir-Rahmənir-Rahim\"də) \"ba\" hərfini çək, \"sin\"i açıq yaz, \"mim\"i əyri yazma, Allahı gözəl yaz. \"Ər-rəhman\"ı bir qədər uzat, \"ər-rəhim\"i yaxşı yaz\". İmam Əsgəri (ə) \"Bismilləhir-Rahmənir-Rahim\"i təfsir edərkən buyurur: \"Ehtiyaclar və çətinliklər zamanı hər məxluqun ümidi Allahdan başqa hər şeydən kəsiləndə və bütün səbəblərdən, vasitələrdən əli üzüləndə Ona tərəf üz çevirər\". Allahın Peyğəmbəri (s) buyurur: \"Bismilləhir-Rahmənir-Rahim\"lə başlayan dua geri qaytarılmaz\". Allahın Peyğəmbəri (s) buyurur: \"\"Bismilləhir-Rahmənir-Rahim\" - hər bir yazının başlığıdır\". İmam Sadiq (ə) buyurur: \"Bəzən bizim şiələrdən biri öz işini \"Bismilləhir-Rahmənir-Rahim\" ilə başlamır, buna görə də Allah Təala onu çətinliklərə və xoşagəlməz vəziyyətlərə düçar edir ki, ona Allaha şükrü və sitayiş etməyi başa salsın\". Allahın Peyğəmbəri (s) buyurur: \"\"Bismilləhir-Rahmənir-Rahim\"lə başlanmayan hər mühüm işin axırı yoxdur\".