Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan XİN-dən Türkiyəyə 15 İyul təbriki

Azərbaycan XİN-dən Türkiyəyə 15 İyul təbriki

CƏMİYYƏT

75

15.07.2026, 10:04

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib.

Oxu24.com xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Paylaşımda qardaş Türkiyə Respublikasına ən səmimi təbriklərin çatdırıldığı bildirilib.

“Demokratiyanın, milli iradənin və birliyin müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk”, – paylaşımda qeyd olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi paylaşımını “15 İyul – Demokratiya və Milli Birlik Gününüz mübarək!” sözləri ilə tamamlayıb.