Sabah 39 dərəcə isti olacaq
13 İyul 2026, 12:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
61
13.07.2026, 10:30
Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
“Gündəliyimizdə çoxsaylı prioritet məsələlər var. Onlardan yalnız birini seçmək çətindir. Qlobal gündəliyimizə davamlı inkişaf, Qarabağın bərpası və yenidən qurulması, yeni nəqliyyat marşrutlarının yaradılmasına xidmət edən layihələrin başa çatdırılması və nəqliyyat bağlantılarının genişləndirilməsi daxildir.
Əsas prioritetlərimizdən biri də rəqəmsal transformasiya və süni intellektin inkişafıdır. Bu yaxınlarda həmin sahələrin inkişafı ilə bağlı xüsusi sərəncam imzaladım və bunun üçün müvafiq komissiya, birgə işçi qrupu və şura yaradıldı. Enerji təhlükəsizliyi də qlobal gündəmdə əsas mövzulardan biri olaraq qalacaq. Ölkə daxilində bu istiqamətdə artıq ciddi nəticələr əldə etmişik. Bununla belə, həm ənənəvi enerji resurslarımıza, həm də bərpa olunan enerji mənbələrinə tələbat artmaqda davam edəcək. Bərpa olunan enerji sahəsində çox böyük potensialımız var. Təkcə Qarabağda artıq 340 meqavat gücündə su elektrik stansiyaları istifadəyə verilib. Eyni həcmdə – 340 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi isə gələn il başa çatacaq. Beləliklə, Avropa bazarına elektrik enerjisi ixracı gündəliyimizin əsas istiqamətlərindən biridir. Çünki Avropa bazarının əlavə enerji resurslarına ehtiyacı var, bizim isə əlavə istehsal imkanlarımız mövcuddur. Bundan başqa, ölkəmizin beynəlxalq aləmdə tanıdılması da gündəlik fəaliyyətimizin vacib hissəsidir. Biz görülən işləri, əldə olunan nailiyyətləri və qarşılaşdığımız çağırışları fasiləsiz şəkildə beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Hazırkı şəraitdə isə, yəqin ki, ən mühüm məsələ təhlükəsizlik və müdafiə qabiliyyətidir. Çünki görürük ki, təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil. Biz bu reallıq içərisində yaşayırıq. Ona görə də gündəliyimizdə çoxsaylı prioritetlər var. Amma ümumiləşdirsəm, əsas məqsədimiz milli maraqlarımızı müdafiə etmək imkanlarımızı daha da gücləndirmək və mümkün qədər çox ölkə ilə praktiki, səmərəli və işgüzar əməkdaşlıq münasibətləri qurmaqdır”, - dövlət başçısı qeyd edib.
13:19 / 13 İyul 2026
1
12:59 / 13 İyul 2026
28
12:53 / 13 İyul 2026
34
12:41 / 13 İyul 2026
246
12:30 / 13 İyul 2026
50
12:25 / 13 İyul 2026
50
12:24 / 13 İyul 2026
52
12:22 / 13 İyul 2026
52
12:19 / 13 İyul 2026
104
12:14 / 13 İyul 2026
51
12:12 / 13 İyul 2026
48
12:09 / 13 İyul 2026
58
12:07 / 13 İyul 2026
62
12:05 / 13 İyul 2026
41
11:48 / 13 İyul 2026
53
11:43 / 13 İyul 2026
60
11:40 / 13 İyul 2026
249
11:39 / 13 İyul 2026
57
11:33 / 13 İyul 2026
64
11:23 / 13 İyul 2026
1239
11:22 / 13 İyul 2026
60
11:20 / 13 İyul 2026
62
11:16 / 13 İyul 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.