Sentyabrda yeni münasibət yaşayacaq BÜRCLƏR
14 Sentyabr 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
888
26.06.2026, 11:58
Azərbaycan Respublikası ilə Gürcüstan arasında logistika və ticarət əlaqələrini yeni mərhələyə daşıyacaq mühüm layihənin icrasına başlanılıb. İki ölkə arasında keçid prosedurlarının sadələşdirilməsi və sərhəd-keçid məntəqələrində vaxt itkisinin minimuma endirilməsi məqsədilə birgə sərhəd nəzarəti məntəqəsinin yaradılması istiqamətində praktiki addımlar atılır.
Məsələ ilə bağlı açıqlama verən Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib ki, hazırda Azərbaycanla Gürcüstan arasında birgə sərhəd nəzarəti məntəqəsi üzrə layihələndirmə işləri sürətlə aparılır.
Bu isə regionun tranzit potensialının artırılmasında mühüm strateji addım kimi qiymətləndirilir.
Dövlət Gömrük Komitəsi rəhbərinin bəyan etdiyi bu yeniliyin beynəlxalq yükdaşımaların sürətinə və logistika xərclərinə necə təsir edəcəyini Oxu24.com-a şərh edən nəqliyyat məsələləri üzrə tanınmış ekspert Eldəniz Cəfərov mövzunun görünməyən tərəflərinə və layihənin gələcək perspektivlərinə aydınlıq gətirib.
“Struktur dəyişikliyi logistikada inqilabi addımdır”
Ekspert Eldəniz Cəfərov qeyd edib ki, bu layihə sadəcə iki ölkə arasındakı keçid məntəqəsinin yenilənməsi deyil, bütövlükdə regionun logistika sistemində ciddi bir struktur islahatıdır:
“Azərbaycanla Gürcüstan arasında birgə sərhəd nəzarəti məntəqəsinin yaradılması regional logistika sistemində mühüm bir struktur dəyişikliyi hesab olunur. Bu modelin ən böyük üstünlüyü ondan ibarətdir ki, sərhəddə həm Azərbaycan, həm də Gürcüstan tərəfindən ayrı-ayrılıqda icra olunan və bir-birini təkrarlayan yoxlama prosedurları tamamilə aradan qaldırılacaq. Bütün gömrük və sərhəd rəsmiləşdirilməsi vahid bir məkanda, yəni “vahid pəncərə” prinsipi ilə həyata keçiriləcək. Bunun birbaşa praktiki nəticəsi olaraq, iritonnajlı yük avtomobillərinin və beynəlxalq daşıyıcıların sərhəd məntəqələrində saatlarla, bəzən isə günlərlə növbədə gözləmə müddəti kəskin şəkildə azalacaq”.
“Qlobal rəqabətdə Orta Dəhlizin çəkisi artır”
E.Cəfərov beynəlxalq yük axınlarının mövcud vəziyyətini təhlil edərək vurğulayıb ki, layihənin reallaşdırılması Azərbaycanın dünya miqyaslı nəqliyyat qovşağına çevrilməsi hədəfinə birbaşa dəstək verir:
“Sərhəddə bürokratik əngəllərin və yoxlama mərhələlərinin azaldılması Azərbaycanın tranzit ölkə kimi qlobal reytinqlərdə mövqeyini daha da gücləndirəcək.
Beynəlxalq ticarətdə ən mühüm faktor vaxt və maliyyə itkisinin qarşısını almaqdır. Gözləmə müddətinin qısalması birbaşa logistika xərclərinin aşağı düşməsinə və şirkətlərin daha az vəsait xərcləməsinə səbəb olacaq”.
Ekspert həmçinin, əlavə edib ki, Şərq-Qərb nəqliyyat dəhlizi (Orta Dəhliz) üzrə yük axınlarının intensiv xarakter aldığı indiki dövrdə sərhəd-keçid prosedurlarının sürətləndirilməsi bu marşrutun qlobal rəqabət qabiliyyətini maksimum dərəcədə yüksəldəcək:
“Yaradılan bu çevik və şəffaf mexanizm sayəsində dünya miqyaslı logistika nəhəngləri və beynəlxalq daşıyıcılar üçün Azərbaycan-Gürcüstan istiqaməti ən təhlükəsiz, sürətli və cəlbedici marşrut kimi ön plana çıxacaq”.
Çimnaz Telmanqızı
22:25 / 14 Sentyabr 2026
8
22:16 / 14 Sentyabr 2026
24
22:13 / 14 Sentyabr 2026
130
22:03 / 14 Sentyabr 2026
44
21:59 / 14 Sentyabr 2026
98
21:48 / 14 Sentyabr 2026
43
21:39 / 14 Sentyabr 2026
39
21:33 / 14 Sentyabr 2026
52
21:28 / 14 Sentyabr 2026
60
21:11 / 14 Sentyabr 2026
54
20:58 / 14 Sentyabr 2026
391
20:42 / 14 Sentyabr 2026
151
20:34 / 14 Sentyabr 2026
127
20:19 / 14 Sentyabr 2026
65
20:10 / 14 Sentyabr 2026
142
19:55 / 14 Sentyabr 2026
99
19:45 / 14 Sentyabr 2026
213
19:34 / 14 Sentyabr 2026
133
19:24 / 14 Sentyabr 2026
81
19:19 / 14 Sentyabr 2026
106
19:09 / 14 Sentyabr 2026
897
19:08 / 14 Sentyabr 2026
175
18:51 / 14 Sentyabr 2026
318
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.