Yüzbaşıyev dəm qazından boğularaq həyatını itirib -FOTO
10 Noyabr 2026, 15:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
857
20.06.2026, 21:36
Azərbaycanda son illərdə doğum göstəricilərinin ardıcıl şəkildə azalması demoqrafik təhlükəsizliklə bağlı müzakirələri yenidən gündəmə gətirib. Statistik məlumatlar göstərir ki, vaxtilə 190 minə çatan illik doğum sayı hazırda 100 min həddinin də altına düşmək üzrədir. Ekspertlər bu tendensiyanı sosial rifah səviyyəsi, mənzil problemi, gənc ailələrin maddi çətinlikləri və ailə institutunda baş verən dəyişikliklərlə əlaqələndirirlər. Belə bir şəraitdə dövlət tərəfindən uşaq pulunun bərpası və çoxuşaqlı ailələrə əlavə dəstək mexanizmlərinin tətbiqi yenidən aktuallaşıb.
Bəs uşaq pulunun qaytarılması Azərbaycanda demoqrafik geriləmənin qarşısını almağa nə dərəcədə təsir göstərə bilər?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, Azərbaycanda sosial rifahla əhali artımı arasında birbaşa əlaqə mövcuddur.
Tural Abbaslı
Onun sözlərinə görə, bəzi şəxslər Avropa ölkələrində yüksək rifah səviyyəsinə baxmayaraq doğum göstəricilərinin aşağı olmasını misal gətirərək uşaq pulunun effektivliyini şübhə altına alırlar. Lakin Abbaslı hesab edir ki, Qərb və Şərq cəmiyyətlərinin ailə dəyərləri, sosial həssaslıqları və düşüncə tərzi fərqlidir:
“Almaniya, Fransa və digər Avropa ölkələri ilə Azərbaycanı bu məsələdə müqayisə etmək düzgün deyil. Hər bir dövlətin özünəməxsus ailə modeli və sosial xüsusiyyətləri var. Azərbaycanda demoqrafik geriləmənin əsas səbəblərindən biri sosial siyasət və maddi çətinliklərdir. Gənc ailələr gələcəklə bağlı ciddi narahatlıqlar yaşayırlar”.
Partiya sədri bildirib ki, son dövrlərdə əhalinin sosial yükünü artıran qərarlar üstünlük təşkil edir:
“Son aylarda daha çox cərimələr, məhdudiyyətlər, rüsum və qiymət artımları müşahidə olunur. Belə şəraitdə əhali artımını gözləmək çətindir. Mənzil qiymətlərinin bahalaşması, təhsil xərclərinin artması, səhiyyə xidmətlərinin əlçatanlığının azalması doğum göstəricilərinə mənfi təsir göstərən əsas amillərdəndir”.
Tural Abbaslının fikrincə, uşaq pulunun tətbiqi problemi tam həll etməsə də, vəziyyətin yaxşılaşmasına mühüm töhfə verə bilər:
“Uşaq pulu doğum sayını iki-üç dəfə artıracaq mexanizm deyil. Amma bu, problemin həlli istiqamətində vacib addımlardan biridir. Dövlət birinci, ikinci, üçüncü və sonrakı uşaqlarla bağlı fərqli dəstək mexanizmləri formalaşdırmalıdır. Çoxuşaqlı ailələr üçün əlavə sosial təminatlar nəzərdə tutulmalıdır. Hətta dörd və daha çox uşağı olan ailələrə mənzil təminatı kimi güzəştlər də tətbiq oluna bilər”.
Abbaslı qeyd edib ki, ailə institutunun zəifləməsi də demoqrafik vəziyyətə mənfi təsir göstərir:
“Boşanmaların statistikasına baxsaq, görərik ki, son illərdə bu göstərici ciddi şəkildə artıb. Artıq boşanmaların sayı yeni qurulan ailələrin sayına yaxınlaşır. Ailə institutunun möhkəmləndirilməsi və sosial dəstək tədbirlərinin genişləndirilməsi istiqamətində addımlar atılmasa, ölkə daha ciddi demoqrafik problemlərlə üzləşə bilər”.
Onun sözlərinə görə, kompleks sosial və iqtisadi tədbirlər görülmədiyi təqdirdə Azərbaycanda əhali artımının dayanması deyil, əksinə, geriləmənin dərinləşməsi riski mövcuddur.
15:44 / 10 Noyabr 2026
1
15:34 / 10 Noyabr 2026
79
15:31 / 10 Noyabr 2026
50
15:25 / 10 Noyabr 2026
72
15:22 / 10 Noyabr 2026
68
14:58 / 10 Noyabr 2026
1259
14:55 / 10 Noyabr 2026
137
14:48 / 10 Noyabr 2026
163
14:23 / 10 Noyabr 2026
302
14:20 / 10 Noyabr 2026
678
14:09 / 10 Noyabr 2026
181
14:00 / 10 Noyabr 2026
776
13:44 / 10 Noyabr 2026
120
13:38 / 10 Noyabr 2026
364
13:26 / 10 Noyabr 2026
1535
13:24 / 10 Noyabr 2026
136
13:20 / 10 Noyabr 2026
332
13:05 / 10 Noyabr 2026
170
13:00 / 10 Noyabr 2026
134
12:37 / 10 Noyabr 2026
546
12:31 / 10 Noyabr 2026
134
12:21 / 10 Noyabr 2026
573
12:18 / 10 Noyabr 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.