Yüzbaşıyev dəm qazından boğularaq həyatını itirib -FOTO
10 Noyabr 2026, 15:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
641
20.06.2026, 21:08
Tədqiqatçılar gündəlik həyatda ChatGPT-dən müntəzəm istifadənin yarada biləcəyi mümkün risklə bağlı xəbərdarlıq ediblər.
Oxu24.com massaçusets Texnologiya İnstitutu (MIT) alimlərinin apardıqları araşdırma göstərib ki, ChatGPT və digər süni intellekt əsaslı çat-botlar istifadəçilərə məlumatları daha sürətlə təhlil etməyə kömək etsə də, onların müstəqil analiz bacarıqlarına da təsir göstərə bilər.
Təcrübə zamanı iştirakçılar müxtəlif xəbər mətnlərinin və şəkillərin etibarlılığını qiymətləndiriblər. ChatGPT-dən istifadə edənlər dezinformasiyanın əlamətlərini daha tez müəyyən edib və saxta xəbərləri təkbaşına işləyən iştirakçılarla müqayisədə daha yüksək dəqiqliklə aşkar ediblər. Lakin bir neçə həftə sonra tədqiqatçılar fərqli mənzərə ilə qarşılaşıblar.
İştirakçılardan eyni tip tapşırıqları bu dəfə ChatGPT-nin köməyi olmadan yerinə yetirmələri istənildikdə, onların nəticələri eksperimentin əvvəlindəki göstəricilərdən daha zəif olub.
Alimlərin fikrincə, bu, süni intellektə həddindən artıq güvənməyin tənqidi düşünmə bacarıqlarının tədricən zəifləməsinə səbəb ola biləcəyini göstərir.
Araşdırma müəllifləri hesab edirlər ki, bunun əsas səbəbi ChatGPT-nin istifadəçilərə çox vaxt hazır cavablar və nəticələr təqdim etməsidir. Nəticədə insanlar məlumatı özləri təhlil etməyə, müxtəlif mənbələri müqayisə etməyə və faktları yoxlamağa daha az ehtiyac duyurlar.
Mütəxəssislər vurğulayırlar ki, ChatGPT məlumat axtarışı, dezinformasiyanın aşkarlanması və gündəlik işlərin asanlaşdırılması üçün faydalı vasitədir. Bununla belə, o, insanın müstəqil düşüncəsini, məntiqi analizini və faktların yoxlanılmasını əvəz etməməlidir. Araşdırma müəlliflərinin fikrincə, gələcəkdə ChatGPT və digər süni intellekt sistemləri hazırlanarkən istifadəçilərin analitik düşünmə bacarıqlarının qorunması və inkişaf etdirilməsi xüsusilə təhsil sahəsində əsas prioritetlərdən biri olmalıdır.(lent.az)
15:44 / 10 Noyabr 2026
1
15:34 / 10 Noyabr 2026
79
15:31 / 10 Noyabr 2026
50
15:25 / 10 Noyabr 2026
72
15:22 / 10 Noyabr 2026
68
14:58 / 10 Noyabr 2026
1259
14:55 / 10 Noyabr 2026
137
14:48 / 10 Noyabr 2026
163
14:23 / 10 Noyabr 2026
302
14:20 / 10 Noyabr 2026
678
14:09 / 10 Noyabr 2026
181
14:00 / 10 Noyabr 2026
776
13:44 / 10 Noyabr 2026
120
13:38 / 10 Noyabr 2026
364
13:26 / 10 Noyabr 2026
1535
13:24 / 10 Noyabr 2026
136
13:20 / 10 Noyabr 2026
332
13:05 / 10 Noyabr 2026
170
13:00 / 10 Noyabr 2026
134
12:37 / 10 Noyabr 2026
546
12:31 / 10 Noyabr 2026
134
12:21 / 10 Noyabr 2026
573
12:18 / 10 Noyabr 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.