Limonlu su böyrək daşından qoruyur?
20 Avqust 2026, 00:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
530
20.06.2026, 20:39
Azərbaycan Dəmir Yollarının (ADY) beynəlxalq reysləri üzrə 81 manatlıq biletlərin qısa müddətdə tükənməsi və sərnişinlərin bu kateqoriyadan yararlanmaqda çətinlik çəkməsi son günlər geniş müzakirələrə səbəb olub.
Vətəndaşlar ucuz biletlərin sistemdə faktiki olaraq əlçatmaz olduğunu, artan tələbat fonunda isə əlavə vaqonların qoşulmamasını narazılıqla qarşılayırlar. Mütəxəssislər isə hesab edirlər ki, yaranmış vəziyyət təkcə yüksək tələbatla deyil, həm də idarəetmə və planlaşdırma məsələləri ilə əlaqəli ola bilər.
Bəs 81 manatlıq biletlərin demək olar ki, yoxa çıxması və əlavə vaqonların qoşulmaması ADY-də idarəetmə problemlərinin göstəricisidirmi?
Cavanşir Abbaslı
mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, 81 manatlıq biletlərin qiyməti müəyyən edilən zaman da ictimai narazılıq mövcud idi:
“Biletlər 81 manat civarında təyin ediləndə ciddi narazılıq yaranmışdı. O zaman da qeyd etmişdik ki, qiymətlər hədsiz dərəcədə bahadır. Hətta əvvəlki illərlə müqayisədə təxminən üç dəfə artım var. Sadəcə insanlar təyyarə biletlərinin qiymətlərinə o qədər öyrəşmişdilər ki, bu qiymət onlara münasib görünürdü. Halbuki biz həmin vaxt da bildirmişdik ki, tariflər kifayət qədər yüksəkdir”.
Siyasi şərhçinin sözlərinə görə, ucuz kateqoriyalı biletlərə böyük marağın olması onların qısa müddətdə tükənməsini qaçılmaz edir:
“81 manatlıq biletləri almaq üçün hər kəs müraciət edir. Nəticədə həmin biletlər sürətlə satılıb qurtarır. Bu, müəyyən mənada normal haldır. Bununla yanaşı, tələbatın qarşılanması üçün əlavə vaqonların qoşulması vacibdir”.
C.Abbaslı hesab edir ki, son dövrlərdə dəmir yolu nəqliyyatına marağın artması quru sərhədlərin bağlı qalması ilə də əlaqəlidir:
“Quru sərhədlər məsələsi aktuallığını qoruduğu üçün belə bir vəziyyət yaranıb. Bu addımların sərhədlərin açılması prosesinin uzanması ilə bağlı olduğunu düşünürük. Lakin istənilən halda dəmir yolunda yaşanan problemlərin əsas səbəblərindən biri idarəetmə məsələləridir. İllərdir bu problemlərin şahidi oluruq”.
O, vurğulayıb ki, əlavə vaqonların qoşulması və ya ucuz biletlərin sayının artırılması problemin köklü həlli hesab edilə bilməz:
“İndi əlavə vaqonlar qoşulsun və ya 81 manatlıq biletlərin sayı artırılsın, bu, ümumi mənzərəni dəyişməyəcək. ADY-də problemlər zaman-zaman özünü göstərib. Təəssüf ki, mövcud çətinliklərə baxmayaraq, qurumda idarəetmə sistemi hələ də arzuolunan səviyyədə deyil”.
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.