Yüzbaşıyev dəm qazından boğularaq həyatını itirib -FOTO
10 Noyabr 2026, 15:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
717
20.06.2026, 19:55
Avropa sakinləri son onilliklərin ən möhtəşəm astronomik hadisələrindən birinə hazırlaşırlar. Artıq bu ilin yayında - 12 avqust 2026-cı il tarixində son 27 ildə ilk dəfə tam günəş tutulmasını izləmək mümkün olacaq.
"Startlap" nəşrinin yazdığına görə, Ay Günəşin qarşısını tamamilə kəsəcək və günün günorta çağı bir neçə dəqiqəlik qaranlıq (alatoranılıq) çökəcək. Ekspertlər bu nadir təbiət hadisəsini müşahidə etmək üçün ən ideal məkanlardan biri kimi İspaniya sahillərində yerləşən kiçik Altafulya şəhərciyini seçiblər.
Oxu24.com xəbər verir ki, astronomlar Avropanın əksər bölgələrində bu tutulmanın qismən baş verəcəyini bildirirlər.
Məsələn, Parisdə Ay günəş diskinin 92%-dən çoxunu örtəcək. Lakin tutulmanın tam fəzasını yalnız İspaniyada görmək mümkün olacaq, çünki astronomik hadisənin əsas trayektoriyası məhz bu ölkənin üzərindən keçir.
Astronomların xüsusi diqqətini çəkən Altafulya kiçik bir orta əsrlər şəhəridir.
Kataloniya rəhbərliyi artıq bu məkanı tutulmanı izləmək üçün ən yaxşı 20 məkan siyahısına daxil edib. Hesablamalara görə, burada tam qaranlıq təxminən 55 saniyə davam edəcək.
Turistləri bu unikal səmada baş verəcək şoudan başqa, həm də şəhərin özünəməxsus ab-havası cəlb edir. Tarixi "Vila Klosa" mərkəzi dar daş döşənmiş küçələri, daş evləri və qədim tağları ilə orta əsrlər görkəmini qoruyub saxlayıb. XI əsrə aid qədim qəsr, San-Martin kilsəsi və sahilə yaxın yerləşən qədim Roma villası "Els Munts" şəhərin əsas görməli yerləri hesab olunur.
Çimərlik istirahətini sevənləri burada firuzəyi suyu olan sakit körfəzlər və köhnə balıqçı daxmaları, təbiətsevərləri isə qürub çağında xüsusilə gözəl görünən Qayya çayı gözləyir.
Ekspertlər tutulmanı görməyi planlaşdıran şəxslərə bura öncədən gəlməyi tövsiyə edirlər, çünki böyük turist axını gözlənilir.
Müşahidə üçün ən rahat nöqtələr kimi dəniz sahili və Sant-Antonio-de-Paduya kapellasının ətrafı göstərilir.
Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, günəş tutulmasını yalnız xüsusi sertifikatlaşdırılmış qoruyucu eynəklərlə izləmək lazımdır. Müvafiq qoruyucu vasitə olmadan Günəşə qısa müddətli baxış belə, görmə qabiliyyətinin ciddi şəkildə zədələnməsinə səbəb ola bilər.
Beləliklə, bu yay Altafulya yalnız məşhur Aralıq dənizi kurortu kimi deyil, həm də Avropada nadir astronomik hadisəni izləmək üçün ən yaxşı məkanlardan biri kimi yadda qalacaq.(musavat.com)
15:44 / 10 Noyabr 2026
1
15:34 / 10 Noyabr 2026
79
15:31 / 10 Noyabr 2026
50
15:25 / 10 Noyabr 2026
72
15:22 / 10 Noyabr 2026
68
14:58 / 10 Noyabr 2026
1259
14:55 / 10 Noyabr 2026
137
14:48 / 10 Noyabr 2026
163
14:23 / 10 Noyabr 2026
302
14:20 / 10 Noyabr 2026
678
14:09 / 10 Noyabr 2026
181
14:00 / 10 Noyabr 2026
776
13:44 / 10 Noyabr 2026
120
13:38 / 10 Noyabr 2026
364
13:26 / 10 Noyabr 2026
1535
13:24 / 10 Noyabr 2026
136
13:20 / 10 Noyabr 2026
332
13:05 / 10 Noyabr 2026
170
13:00 / 10 Noyabr 2026
134
12:37 / 10 Noyabr 2026
546
12:31 / 10 Noyabr 2026
134
12:21 / 10 Noyabr 2026
573
12:18 / 10 Noyabr 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.