Sentyabrda pensiya gözləyənlərə xəbər var
08 Sentyabr 2026, 18:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
21336
19.06.2026, 23:56
Son günlər sosial şəbəkələrdə, eləcə də müxtəlif xəbər saytlarında iyul ayından etibarən pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artırılacağı ilə bağlı məlumatlar yayılıb.
Paylaşımlarda minimum əmək pensiyasının 320 manatdan 350 manata, yaşa görə sosial müavinətin 220 manatdan 250 manata çatdırılacağı, veteranlara verilən aylıq təqaüdün də hazırkı 80 manatdan 130-150 manatadək artırılacağı iddia olunur. Müzakirə olunan məsələlər arasında pensiya təyinatı üçün tələb olunan minimum pensiya kapitalının artırılması da var. Bu halda tələb olunan kapitalı toplaya bilməyən şəxslər əmək pensiyası deyil, yalnız yaşa görə sosial müavinət almaq hüququ əldə edəcəklər.
Məlumatlarda əlilliyə görə sosial ödənişlərin artırılması ilə bağlı da müxtəlif fikirlər səsləndirilsə də, hazırda bununla bağlı hər hansı rəsmi açıqlama yoxdur. Xatırladaq ki, sonuncu artımlar ötən il həyata keçirilib. Həmin dəyişikliklərdən sonra üçüncü dərəcə əlilliyə görə sosial müavinət 150 manatdan 180 manata, ikinci dərəcə üzrə 220 manatdan 250 manata yüksəldilib. Birinci dərəcə əlilliyi olan şəxslər üçün ödənişlərdə də artım tətbiq olunub.
Bəs həqiqətən də növbəti aydan pensiya və sosial ödənişlərin artımı gözləniləndirmi?
Oxu24.com xəbər verir ki,mövzunu “AzPolitika”ya şərh edən iqtisadçı Xalid Kərimli bildirib ki, yaxın dövrdə belə bir sosial paket açıqlanacağına dair gözləntisi yoxdur.
İqtisadçının sözlərinə görə, adətən bu tip qərarlar dövlət büdcəsinin hazırlanması və təsdiqlənməsi prosesində nəzərdə tutulur: “Belə növbəti aydan bu cür sosial paketlərin həyata keçiriləcəyinə dair mənim gözləntim yoxdur. Bu barədə yayılan məlumatlar daha çox şaiəyə bənzəyir. Adətən pensiyaların, sosial müavinətlərin və digər sosial ödənişlərin artırılması ilə bağlı qərarlar növbəti ilin dövlət büdcəsi hazırlanarkən tənzimlənir və həmin məqsədlər üçün büdcədə vəsait nəzərdə tutulur”.
X.Kərimli qeyd edib ki, hazırda büdcə parametrlərində belə bir dəyişiklik nəzərdə tutulmayıb: “Bu baxımdan hesab etmirəm ki, yaxın aylarda hansısa artımlar baş versin. Təbii ki, yekun qərar hökumətin səlahiyyətindədir və istənilən vaxt belə bir addım atıla bilər. Ancaq mövcud vəziyyətə əsasən mən sosial ödənişlərin artırılmasını gözləmirəm”.
İqtisadçı əlavə edib ki, əgər sosial ödənişlərin artırılması planlaşdırılırsa, bunun maliyyə mənbələri və büdcə təminatı əvvəlcədən müəyyənləşdirilməlidir: “Belə qərarlar qəbul edilərsə, ilin sonunda və ya növbəti ilin büdcəsində bunun üçün maliyyə ehtiyatının ayrılıb-ayrılmadığı görünəcək. Hazırda büdcəyə dəyişiklik məsələsi gündəmdə olmadığı üçün pensiya və sosial müavinətlərdə əlavə artımların baş verəcəyini gözləmirəm”.
Bir daha qeyd edək ki, hazırda pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artırılacağı ilə bağlı rəsmi qərar açıqlanmayıb.
18:44 / 08 Sentyabr 2026
1
18:22 / 08 Sentyabr 2026
54
18:16 / 08 Sentyabr 2026
36
18:15 / 08 Sentyabr 2026
48
18:11 / 08 Sentyabr 2026
42
18:09 / 08 Sentyabr 2026
40
17:59 / 08 Sentyabr 2026
172
17:41 / 08 Sentyabr 2026
56
17:39 / 08 Sentyabr 2026
51
16:15 / 08 Sentyabr 2026
77
16:13 / 08 Sentyabr 2026
69
15:50 / 08 Sentyabr 2026
78
15:36 / 08 Sentyabr 2026
67
15:30 / 08 Sentyabr 2026
114
15:25 / 08 Sentyabr 2026
63
15:24 / 08 Sentyabr 2026
60
15:04 / 08 Sentyabr 2026
76
15:01 / 08 Sentyabr 2026
161
14:49 / 08 Sentyabr 2026
918
14:45 / 08 Sentyabr 2026
65
14:30 / 08 Sentyabr 2026
64
14:10 / 08 Sentyabr 2026
71
14:00 / 08 Sentyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.