Adil Kərimli: Aleksandr Şarovski Azərbaycan teatr tarixində mühüm yer tuturdu
09 Sentyabr 2026, 15:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1371
19.06.2026, 22:40
Azərbaycanın investisiya cəlbediciliyinin əsas amili siyasi və makroiqtisadi sabitlik, eləcə də regiondakı strateji coğrafi mövqe ilə yanaşı, ölkənin dayanıqlı və etibarlı maliyyə sistemidir.
Oxu24.com xəbər verir ki,bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən 51-ci illik toplantılarının yekun mətbuat konfransında bildirib.
Nazir xatırladıb ki, illik toplantılar çərçivəsində dövlətin iqtisadi və investisiya imkanlarının ətraflı təqdim olunduğu "Azərbaycanın investisiya perspektivləri" sessiyası təşkil edilib.
"Bu imkanlar milli iqtisadi prioritetlərə dair sənədlərimizdə öz əksini tapıb. Məlum olduğu kimi, biz əsas diqqəti iqtisadi artımın və son 5-6 il ərzində əsl artım mühərrikinə çevrilmiş Azərbaycanın qeyri-neft-qaz sektorunun inkişafının stimullaşdırılmasına yönəldirik.
Konkret istiqamətlər, imkanlar və prioritetlər arasında qeyri-neft istehsalı, dağ-mədən sənayesi və kritik əhəmiyyətli xammal hasilatı, aqrar sektor, eləcə də kənd təsərrüfatı məhsullarının emalı yer alır. Təbii ki, həm Azərbaycanın təbii coğrafi yerləşməsini, həm də nəqliyyat infrastrukturunun inkişafına gələcək kapital qoyuluşları ilə bağlı ardıcıl siyasətimizi nəzərə alsaq, bura nəqliyyat və logistika da aiddir", - M.Cabbarov vurğulayıb.
Nazir həmçinin turizm sahəsinə diqqət çəkərək, bu tədbirin keçirilməsinin özlüyündə ölkənin turizm potensialını əyani şəkildə nümayiş etdirdiyini və üzə çıxardığını qeyd edib.
"Həmçinin qeyd etmək lazımdır ki, bərpa olunan enerji mənbələri və maliyyə xidmətləri sahəsi, eləcə də iqtisadiyyatın rəqəmsal transformasiyası bir növ üfüqi istiqamətlər olaraq qalmaqdadır. Mənim fikrimcə, Azərbaycanın əsas investisiya cəlbediciliyi – siyasi və makroiqtisadi sabitlik, eləcə də regiondakı strateji coğrafi yerləşməsindən əlavə – dayanıqlı və etibarlı maliyyə sistemindən ibarətdir. Bu, dövlət borcunun son dərəcə aşağı səviyyəsində, qızıl-valyuta ehtiyatlarının olduqca əhəmiyyətli və sabit həcmində, həmçinin beynəlxalq reytinq agentlikləri tərəfindən ölkənin investisiya cəlbediciliyinin tanınmasında özünü göstərir. Bütün bu məlumatlar iştirakçılara, investorlara və beynəlxalq maliyyə institutlarına təqdim edilib.
Hesab edirəm ki, özəl sektor, xüsusilə də Azərbaycan şirkətləri bu imkanları təqdim edərkən mükəmməl iş görüblər", - M.Cabbarov əlavə edib.
15:10 / 09 Sentyabr 2026
15
15:08 / 09 Sentyabr 2026
42
15:00 / 09 Sentyabr 2026
37
14:50 / 09 Sentyabr 2026
51
14:40 / 09 Sentyabr 2026
39
14:20 / 09 Sentyabr 2026
1
14:20 / 09 Sentyabr 2026
65
14:05 / 09 Sentyabr 2026
52
14:00 / 09 Sentyabr 2026
57
13:56 / 09 Sentyabr 2026
72
13:41 / 09 Sentyabr 2026
51
13:30 / 09 Sentyabr 2026
193
13:26 / 09 Sentyabr 2026
73
13:18 / 09 Sentyabr 2026
61
13:09 / 09 Sentyabr 2026
96
13:05 / 09 Sentyabr 2026
63
12:58 / 09 Sentyabr 2026
298
12:45 / 09 Sentyabr 2026
78
12:38 / 09 Sentyabr 2026
686
12:37 / 09 Sentyabr 2026
81
12:35 / 09 Sentyabr 2026
65
12:32 / 09 Sentyabr 2026
140
12:22 / 09 Sentyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.