Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb
10 Noyabr 2026, 17:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
688
18.06.2026, 11:56
Bakı Dövlət Universiteti (BDU) “Quacquarelli Symonds” (QS) tərəfindən açıqlanan “QS World University Rankings 2027” siyahısında 565-ci yerdə qərarlaşıb. Universitet ötən illə müqayisədə 123 pillə irəliləyərək Azərbaycanın və Cənubi Qafqazın ən yüksək nəticə göstərən ali təhsil müəssisəsi olub.
Bu barədə Oxu24.com-a BDU-dan məlumat verilib. QS reytinqində 106 ölkədən 8808 universitet qiymətləndirilib, 1504 ali təhsil müəssisəsi yekun siyahıya daxil edilib. Qiymətləndirmə akademik nüfuz, işəgötürən reputasiyası, elmi nəşrlərə istinadlar, beynəlxalq əməkdaşlıq və digər göstəricilər əsasında aparılıb.
BDU son illərdə elmi tədqiqatların gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və əmək bazarına uyğun kadr hazırlığı istiqamətində irəliləyişlər göstərib. Universitet 2026-cı ildə “QS Europe” reytinqində də 58 pillə yüksələrək Avropada 278-ci yerə çıxıb.
“QS World University Rankings by Subject 2026” nəticələrinə görə, BDU ilk dəfə iki geniş ixtisas kateqoriyasında reytinqə daxil olub. Dar ixtisas sahələrinin sayı 8-ə yüksəlib. Geniş ixtisaslar üzrə BDU “Təbiət elmləri”ndə 401–500, “Mühəndislik və texnologiya”da 501–550 aralığında yer alıb. Dar ixtisaslar üzrə universitet “Neft-qaz mühəndisliyi” (51–100), “Müasir dillər” (151–200), “Riyaziyyat” (251–300), “Hüquq” (301–350), “Kimya mühəndisliyi” və “Fizika” (401–450), “Kimya” (451–500), “Kompüter elmləri” (601–650) üzrə təmsil olunub. BDU bu nəticələrlə Azərbaycanın ən çox ixtisas sahəsi üzrə reytinqdə yer alan universiteti olub.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ən azı üç ali təhsil müəssisəsinin dünyanın TOP-800 universiteti sırasında yer alması hədəf kimi müəyyən edilib. BDU artıq bu hədəfi təmin edib.
17:35 / 10 Noyabr 2026
25
17:16 / 10 Noyabr 2026
115
17:10 / 10 Noyabr 2026
79
17:06 / 10 Noyabr 2026
103
16:55 / 10 Noyabr 2026
313
16:47 / 10 Noyabr 2026
81
16:41 / 10 Noyabr 2026
78
16:35 / 10 Noyabr 2026
98
16:21 / 10 Noyabr 2026
120
16:12 / 10 Noyabr 2026
213
15:58 / 10 Noyabr 2026
116
15:44 / 10 Noyabr 2026
214
15:34 / 10 Noyabr 2026
342
15:31 / 10 Noyabr 2026
100
15:25 / 10 Noyabr 2026
138
15:22 / 10 Noyabr 2026
114
14:58 / 10 Noyabr 2026
3242
14:55 / 10 Noyabr 2026
607
14:48 / 10 Noyabr 2026
554
14:23 / 10 Noyabr 2026
616
14:20 / 10 Noyabr 2026
983
14:09 / 10 Noyabr 2026
394
14:00 / 10 Noyabr 2026
967
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.