Yeni qərar qüvvəyə mindi:Gecikdirilmiş borclar...
10 Noyabr 2026, 20:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
552
12.06.2026, 14:43
Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan XİN arasında mədəni irsin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb
11 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi cənab Gürsel İsmayılzadə ilə görüşüb.
Görüş zamanı Fond tərəfindən həyata keçirilən beynəlxalq layihələr, türk xalqlarının zəngin mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlər, eləcə də təşkilatın yaxın perspektiv üçün müəyyən etdiyi prioritet fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Professor Aktotı Raimkulova Fondun üzv və müşahidəçi ölkələrində, habelə digər dövlətlərdə qədim türk tarixi-mədəni irsinin qorunmasına yönəlmiş təşəbbüslər, beynəlxalq təşkilatlarla qurulmuş əməkdaşlıq əlaqələri və həyata keçirilən layihələr barədə məlumat verib.
Cənab Gürsel İsmayılzadə Fondun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatın türk dövlətləri arasında mədəni-humanitar əlaqələrin inkişafına, eləcə də türk dünyasının beynəlxalq platformalarda daha geniş tanıdılmasına verdiyi töhfələri xüsusi vurğulayıb.
20:54 / 10 Noyabr 2026
1
20:46 / 10 Noyabr 2026
56
20:35 / 10 Noyabr 2026
77
20:17 / 10 Noyabr 2026
77
20:10 / 10 Noyabr 2026
736
19:59 / 10 Noyabr 2026
85
19:58 / 10 Noyabr 2026
86
19:52 / 10 Noyabr 2026
89
19:52 / 10 Noyabr 2026
84
19:43 / 10 Noyabr 2026
93
19:40 / 10 Noyabr 2026
113
19:26 / 10 Noyabr 2026
103
19:20 / 10 Noyabr 2026
590
19:06 / 10 Noyabr 2026
128
18:58 / 10 Noyabr 2026
750
18:56 / 10 Noyabr 2026
112
18:39 / 10 Noyabr 2026
220
18:26 / 10 Noyabr 2026
505
18:25 / 10 Noyabr 2026
159
18:19 / 10 Noyabr 2026
184
18:17 / 10 Noyabr 2026
136
18:04 / 10 Noyabr 2026
228
18:02 / 10 Noyabr 2026
1522
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.