Yeni qərar qüvvəyə mindi:Gecikdirilmiş borclar...
10 Noyabr 2026, 20:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
522
12.06.2026, 14:18
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilmiş iclasında Torpaq Məcəlləsinin, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Tənzimlənən qiymətlər haqqında" qanunların "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğunlaşdırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib.
Oxu24.com xəbər verir ki, sənədə əsasən, "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğun olaraq torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələrinin dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
Dövlət-özəl tərəfdaşlığı layihəsini həyata keçirmək məqsədilə dövlət mülkiyyətində olan torpaq sahəsi özəl tərəfdaşa "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğun olaraq səlahiyyətli orqanla özəl tərəfdaş arasında bağlanılan icarə müqaviləsinə əsasən icarəyə verilir.
"Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi hallarında "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunun tətbiq dairəsinin məhdudlaşdırılması mümkündür.
"Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğun olaraq müsabiqənin şərtlər toplusunda nəzərdə tutulduğu halda özəl tərəfdaşa tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat verilir.
20:54 / 10 Noyabr 2026
1
20:46 / 10 Noyabr 2026
56
20:35 / 10 Noyabr 2026
77
20:17 / 10 Noyabr 2026
77
20:10 / 10 Noyabr 2026
736
19:59 / 10 Noyabr 2026
85
19:58 / 10 Noyabr 2026
86
19:52 / 10 Noyabr 2026
89
19:52 / 10 Noyabr 2026
84
19:43 / 10 Noyabr 2026
93
19:40 / 10 Noyabr 2026
113
19:26 / 10 Noyabr 2026
103
19:20 / 10 Noyabr 2026
590
19:06 / 10 Noyabr 2026
128
18:58 / 10 Noyabr 2026
750
18:56 / 10 Noyabr 2026
112
18:39 / 10 Noyabr 2026
220
18:26 / 10 Noyabr 2026
505
18:25 / 10 Noyabr 2026
159
18:19 / 10 Noyabr 2026
184
18:17 / 10 Noyabr 2026
136
18:04 / 10 Noyabr 2026
228
18:02 / 10 Noyabr 2026
1522
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.