Yeni qərar qüvvəyə mindi:Gecikdirilmiş borclar...
10 Noyabr 2026, 20:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
541
12.06.2026, 13:26
Azərbaycanda aqrar sahədə aparılan elmi tədqiqatların istehsalat və biznesin real tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı keçirilən müşavirədə deyib.
Nazirin sözlərinə görə, sovet dövründə formalaşmış aqrar elmi baza ölkənin kənd təsərrüfatının inkişafına mühüm töhfə verib və onun nəticələri bu gün də hiss olunur: "Bununla belə, son illərdə aparılan elmi tədqiqatların əhəmiyyətli hissəsi özəl sektorun və istehsal sahələrinin ehtiyacları ilə kifayət qədər əlaqəli olmayıb. Nəticədə həmin tədqiqatların iqtisadiyyata təsiri gözlənilən səviyyədə görünməyib".
M.Məmmədov bildirib ki, qarşıdakı dövrdə aqrar elmi tədqiqatlar daha çox fermerlərin, sahibkarların və istehsalçıların ehtiyaclarına uyğun istiqamətləndiriləcək: "İstehsalatda qarşıya çıxan problemlər və yeni ideyalar üzrə birgə tədqiqatların aparılması həm məhsuldarlığın, həm də səmərəliliyin artırılmasına imkan verə bilər. Dünyada kənd təsərrüfatında uğur qazanan ölkələrin təcrübəsi göstərir ki, inkişafın əsas şərtlərindən biri elm və istehsalat arasında sıx əməkdaşlığın qurulmasıdır".
Nazir həmçinin fermerləri və sahibkarları aqrar sahədə yaradılmış rəqəmsal platformalardan daha fəal istifadə etməyə çağırıb.
20:54 / 10 Noyabr 2026
1
20:46 / 10 Noyabr 2026
56
20:35 / 10 Noyabr 2026
77
20:17 / 10 Noyabr 2026
77
20:10 / 10 Noyabr 2026
736
19:59 / 10 Noyabr 2026
85
19:58 / 10 Noyabr 2026
86
19:52 / 10 Noyabr 2026
89
19:52 / 10 Noyabr 2026
84
19:43 / 10 Noyabr 2026
93
19:40 / 10 Noyabr 2026
113
19:26 / 10 Noyabr 2026
103
19:20 / 10 Noyabr 2026
590
19:06 / 10 Noyabr 2026
128
18:58 / 10 Noyabr 2026
750
18:56 / 10 Noyabr 2026
112
18:39 / 10 Noyabr 2026
220
18:26 / 10 Noyabr 2026
505
18:25 / 10 Noyabr 2026
159
18:19 / 10 Noyabr 2026
184
18:17 / 10 Noyabr 2026
136
18:04 / 10 Noyabr 2026
228
18:02 / 10 Noyabr 2026
1522
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.