Yeni qərar qüvvəyə mindi:Gecikdirilmiş borclar...
10 Noyabr 2026, 20:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
544
12.06.2026, 13:06
Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirib.
Oxu24.com xəbər verir ki, imtahanda namizədlərə xüsusi icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 sual, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim edilib.
Qanunvericilik üzrə hər sual 1 balla, digər suallar üzrə hər biri 0,5 balla qiymətləndirilir, keçid balı isə 55-dir.
İmtahanda 94 namizəd iştirak edib. Namizədlər test imtahanını yekunlaşdırdıqda, topladıqları bal barədə məlumatla tanış olmaq imkanına malikdirlər.
Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən, habelə həmin imtahandan azad olunmuş və müsahibədə iştirak etmək istəyən şəxslər "Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydası"nın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində saat 9:00-dan 18:00-dək Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər.
Təqdim etdiyi sənədlərə görə "Xüsusi icra məmurları haqqında" Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə, müsahibəyə buraxılacaqlar.
20:54 / 10 Noyabr 2026
1
20:46 / 10 Noyabr 2026
56
20:35 / 10 Noyabr 2026
77
20:17 / 10 Noyabr 2026
77
20:10 / 10 Noyabr 2026
736
19:59 / 10 Noyabr 2026
85
19:58 / 10 Noyabr 2026
86
19:52 / 10 Noyabr 2026
89
19:52 / 10 Noyabr 2026
84
19:43 / 10 Noyabr 2026
93
19:40 / 10 Noyabr 2026
113
19:26 / 10 Noyabr 2026
103
19:20 / 10 Noyabr 2026
590
19:06 / 10 Noyabr 2026
128
18:58 / 10 Noyabr 2026
750
18:56 / 10 Noyabr 2026
112
18:39 / 10 Noyabr 2026
220
18:26 / 10 Noyabr 2026
505
18:25 / 10 Noyabr 2026
159
18:19 / 10 Noyabr 2026
184
18:17 / 10 Noyabr 2026
136
18:04 / 10 Noyabr 2026
228
18:02 / 10 Noyabr 2026
1522
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.