Avtomobillər toqquşub, 9 nəfər ağır xəsarət alıb
28 Sentyabr 2026, 00:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
566
11.06.2026, 19:52
Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar fonunda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması prosesi qlobal güclərin əsas geosiyasi rəqabət meydanına çevrilib. Yekun sənədin hansı məkanda imzalanacağı artıq sadəcə diplomatik prosedur deyil, regionda gələcək təsir dairələrini müəyyən edəcək ciddi rəmzi və siyasi çəkiyə malikdir. Bu kontekstdə həm ABŞ, həm də Rusiya prosesdə moderatorluğu tamamilə öz üzərinə götürməyə və bu yekun diplomatik nəticəni öz xarici siyasət uğurları kimi rəsmiləşdirməyə çalışır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Polad Mehdiyev sülh sazişi ətrafındakı geosiyasi rəqabəti və güclərin mövqelərini təhlil edib.
Politoloq vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda tamamilə yeni şərtlər və geosiyasi reallıq formalaşıb. Bu reallığın əsas müəllifi isə birbaşa Azərbaycandır, Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətdir. Hazırda masa üzərində olan və beynəlxalq səviyyədə müzakirə edilən sülh gündəliyi də məhz rəsmi Bakının irəli sürdüyü 5 baza prinsipi əsasında qurulub.
“Danışıqların ilkin dövrlərindən bu yana geosiyasi oyunçuların müxtəlif təzyiq və vasitəçilik cəhdlərinə baxmayaraq, sülh prosesi mahiyyət etibarilə Azərbaycan və Ermənistan arasında ikitərəfli formatda aparılıb. Bu isə o deməkdir ki, kənar güclərdən heç biri sülh sazişinin məzmununa birtərəfli qaydada diktə edə biləcək həlledici mövqe sahibi deyil”.
Ötən ilin mühüm diplomatik hadisələrinə diqqət çəkən P.Mehdiyev qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanması ABŞ-ın bu prosesdə mühüm rol oynadığını nümayiş etdirir:
“Faktiki olaraq, yekun sənəd Ağ Evin vasitəçiliyi və şahidliyi ilə irəliyə doğru ən böyük addımını atıb. Vaşinqton bu diplomatik nəticəni özünün qlobal miqyaslı xarici siyasət uğurlarından biri kimi təqdim etməyə xüsusi səy göstərir və prosesin Qərb platformasında tamamlanmasında israrlıdır.
Lakin Ağ Evin bu canfəşanlığı qarşısında Moskva da regiondakı tarixi təsir rıçaqlarını əldən vermək niyyətində deyil və yekun imzanın Rusiyada atılması üçün diplomatik təzyiqlərini davam etdirir. Bu isə Cənubi Qafqazda böyük güclərin rəqabətində yeni bir mərhələnin başladığından xəbər verir”.
Bəs saziş ətrafındakı bu gərgin rəqabətdə hansı tərəfin mövqeyi daha güclü görünür? Politoloq Polad Mehdiyevin qənaətinə görə, ümumi mənzərəyə makro-baxış bu sualın cavabını net şəkildə ortaya qoyur:
“Sülh sazişinin harada imzalanmasından asılı olmayaraq, geosiyasi təşəbbüsün əsas və real sahibi dəyişməz olaraq Azərbaycan olaraq qalır.
Çünki həm yeni regional reallıq, həm sülhün 5 əsas prinsipi, həm də danışıqların fundamental məzmunu tamamilə Azərbaycanın yaratdığı siyasi və hüquqi çərçivə üzərində formalaşıb”.
Nəticə etibarilə, beynəlxalq güclərin rəmzi məkan və vasitəçilik yarışı fonunda proseslərin gedişatını idarə edən və şərtləri diktə edən tərəf məhz rəsmi Bakıdır. Bu baxımdan, Cənubi Qafqazın gələcək arxitekturasını müəyyən edən bu geosiyasi mübarizədə ən güclü və sarsılmaz mövqe məhz Azərbaycanın mövqeyidir.
Çimnaz Telmanqızı
00:12 / 28 Sentyabr 2026
79
00:09 / 28 Sentyabr 2026
114
23:44 / 27 Sentyabr 2026
2231
23:31 / 27 Sentyabr 2026
72
23:24 / 27 Sentyabr 2026
69
23:06 / 27 Sentyabr 2026
74
23:02 / 27 Sentyabr 2026
309
22:58 / 27 Sentyabr 2026
70
22:55 / 27 Sentyabr 2026
75
22:37 / 27 Sentyabr 2026
688
22:03 / 27 Sentyabr 2026
83
21:49 / 27 Sentyabr 2026
600
21:30 / 27 Sentyabr 2026
275
21:29 / 27 Sentyabr 2026
68
21:12 / 27 Sentyabr 2026
177
21:06 / 27 Sentyabr 2026
66
21:00 / 27 Sentyabr 2026
152
20:59 / 27 Sentyabr 2026
80
20:47 / 27 Sentyabr 2026
246
20:38 / 27 Sentyabr 2026
90
20:30 / 27 Sentyabr 2026
70
20:06 / 27 Sentyabr 2026
368
19:57 / 27 Sentyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.