Qaynar xətt:

(+99450) 247 90 86

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib 

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib 

CƏMİYYƏT

84

10.06.2026, 15:16

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsi keçirilir.

Oxu24.com xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və ekspertlər iştirak edirlər.

Müzakirələr zamanı qanun layihəsində nəzərdə tutulan yeniliklər və onların tətbiqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.