Bakıda qaz olmayacaq
10 İyun 2026, 17:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
164
10.06.2026, 15:18
Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanan qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.
Oxu24.com xəbər verir ki, MEDİA-nın təşkilatçılığı ilə keçirilən müzakirələrdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, aparılan araşdırmalar uşaqların erkən yaşlardan sosial şəbəkələrdən nəzarətsiz istifadəsinin gələcəkdə müxtəlif psixoloji və sosial problemlərə yol aça biləcəyini göstərir.
Onun sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaqların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərə biləcək rəqəmsal məzmunun qarşısının alınması üçün qanunvericilik səviyyəsində müxtəlif tədbirlər həyata keçirilir.
Əhməd İsmayılov qeyd edib ki, hazırda müzakirə olunan qanun layihələri uşaqların rəqəmsal mühitdə daha etibarlı şəkildə qorunmasına, təhlükəsiz informasiya məkanının formalaşdırılmasına və onların zərərli məzmundan müdafiəsinə xidmət edir.
MEDİA rəhbəri vurğulayıb ki, təklif olunan dəyişikliklər beynəlxalq hüquq normaları, milli maraqlar və ümumbəşəri etik prinsiplərlə uzlaşır. Onun fikrincə, bu təşəbbüs həm milli informasiya mühitinin sağlamlaşdırılmasına, həm də gələcək nəslin qorunmasına mühüm töhfə verəcək.
Ə.İsmayılov əlavə edib ki, qanun layihəsinin effektiv tətbiqi üçün aidiyyəti dövlət qurumlarının koordinasiyalı fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
O həmçinin bildirib ki, nəzərdə tutulan dəyişikliklər internet provayderləri və rəqəmsal platformaların uşaqların inkişafı ilə bağlı sosial və hüquqi məsuliyyətini artıracaq, eyni zamanda vətəndaşların rəqəmsal təhlükələrdən və informasiya risklərindən qorunmasına xidmət edəcək.
17:07 / 10 İyun 2026
2
16:36 / 10 İyun 2026
499
16:30 / 10 İyun 2026
72
16:30 / 10 İyun 2026
77
16:26 / 10 İyun 2026
50
16:25 / 10 İyun 2026
58
16:20 / 10 İyun 2026
50
16:16 / 10 İyun 2026
93
16:14 / 10 İyun 2026
57
16:13 / 10 İyun 2026
64
15:59 / 10 İyun 2026
94
15:50 / 10 İyun 2026
65
15:46 / 10 İyun 2026
82
15:43 / 10 İyun 2026
82
15:41 / 10 İyun 2026
611
15:41 / 10 İyun 2026
531
15:26 / 10 İyun 2026
148
15:16 / 10 İyun 2026
71
15:15 / 10 İyun 2026
249
15:09 / 10 İyun 2026
189
15:05 / 10 İyun 2026
70
15:03 / 10 İyun 2026
273
14:57 / 10 İyun 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.