Bakıda qaz olmayacaq
10 İyun 2026, 17:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
296
10.06.2026, 15:03
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumi təhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri iyun ayının 13-də keçiriləcək.
Oxu24.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılıb.
Xəbəri rus dilində oxuyun: Названы главные запреты "Последнего звонка"
“Təlimata əsasən tədbir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalıdır. “Son zəng” tədbiri səhər saat 8:00, 9:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində bitməlidir.
Şagirdlər tədbirdə məktəbli formasında olmalıdır. Məzunların xarici görünüşü təhsil müəssisəsinin intizam qaydalarına uyğun və səliqəli olmalıdır.
Bayağı musiqilərin səsləndirilməsinə yol verilməməlidir. Tədbir üçün milli-mənəvi dəyərlərə uyğun hazırlanmış, rəsmi və bədii hissədən ibarət ssenari olmalıdır. Tədbirin açılışı Dövlət Himni ilə başlamalı, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir. Tədbirdə təşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmamalı, masada yalnız içməli su olmalıdır. Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır, tədbirin bədii hissəsi yalnız məktəbin daxili imkanları əsasında təşkil olunmalıdır”, - məlumatda vurğulanıb.
17:07 / 10 İyun 2026
2
16:36 / 10 İyun 2026
499
16:30 / 10 İyun 2026
72
16:30 / 10 İyun 2026
77
16:26 / 10 İyun 2026
50
16:25 / 10 İyun 2026
58
16:20 / 10 İyun 2026
50
16:16 / 10 İyun 2026
93
16:14 / 10 İyun 2026
57
16:13 / 10 İyun 2026
64
15:59 / 10 İyun 2026
94
15:50 / 10 İyun 2026
65
15:46 / 10 İyun 2026
82
15:43 / 10 İyun 2026
82
15:41 / 10 İyun 2026
611
15:41 / 10 İyun 2026
531
15:26 / 10 İyun 2026
148
15:18 / 10 İyun 2026
144
15:16 / 10 İyun 2026
71
15:15 / 10 İyun 2026
249
15:09 / 10 İyun 2026
189
15:05 / 10 İyun 2026
70
14:57 / 10 İyun 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.