Qaynar xətt:

(+99450) 247 90 86

Fərid Pərdəşünas: 18% ƏDV-nin yükü DƏYİŞƏCƏK

Fərid Pərdəşünas: 18% ƏDV-nin yükü DƏYİŞƏCƏK

CƏMİYYƏT

83

10.06.2026, 14:57

Azərbaycanda elektron ticarət sahəsində fəaliyyət göstərən xarici şirkətlərin vergi uçotuna alınması ilə bağlı yeni qaydalar tətbiq olunur.

Oxu24.com xəbər verir ki, texnobloqer, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas bu məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, illik dövriyyəsi 10 min dolları aşan xarici elektron ticarət platformaları Azərbaycanda məcburi vergi uçotuna alınacaq. Bu o deməkdir ki, ölkədə fəaliyyət göstərən xarici şirkətlər Bakıda ofis açmasalar belə, Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməli və əldə etdikləri gəlirlər üzrə vergilərini ödəməlidirlər.

F.Pərdəşünas qeyd edib ki, bu dəyişiklik istifadəçilər üçün də müəyyən üstünlüklər yaradacaq. Belə ki, hazırda bir çox xidmətlərdə tətbiq olunan 18 faiz ƏDV-nin gələcəkdə birbaşa istehlakçı tərəfindən deyil, şirkətlər tərəfindən ödənilməsi mümkün olacaq.

O, Apple, Adobe, Sony Interactive Entertainment və Epic Games kimi beynəlxalq şirkətlərin artıq qeydiyyata alındığını da bildirib.

Texnobloqer həmçinin qeyd edib ki, əsas suallardan biri bu tələblərə əməl etməyən xarici platformalara qarşı hansı tədbirlərin görüləcəyi ilə bağlıdır. Onun fikrincə, bu məsələyə aid izahat və mexanizmlər müvafiq dövlət qurumları tərəfindən açıqlanmalıdır.