ANAMA-da Böyük Britaniya nümayəndə heyəti ilə görüş keçirildi
10 İyun 2026, 16:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
88
10.06.2026, 14:41
Azərbaycanda birillik əkin aparan fermerlər üçün yeni güzəştli maliyyələşdirmə mexanizminin tətbiqi cərcivəsində, əkin məqsədilə götürülən kreditlər üzrə illik faiz dərəcəsinin 19 %-ə qədər olan hissəsi dövlət büdcəsi hesabına maliyyələşdiriləcək və fermerlər kredit müddətinin sonunda yalnız əsas borcu geri ödəyəcəklər.
Oxu24.com Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yeni dəstək aləti aqrar sahəyə özəl sektor vəsaitlərinin yönəldilməsini təşviq etməklə yanaşı, fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırmağı hədəfləyir.
"Əsas məqsəd kredit faizlərini dövlətin qarşılaması yolu ilə aqrotexniki xidmətlər üçün maliyyə əlçatanlığını yaxşılaşdırmaq və aqrar sahənin inkişafına töhfə verməkdir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bankların fermerlərə ayırdığı əkin məqsədli kreditlərin illik faiz dərəcəsinin dövlət büdcəsi hesabına maliyyələşdirilən hissəsi 19 %-ə qədər müəyyən edilib.
Güzəştli kreditlər çəltik, qarğıdalı, darı, sorqo, digər dənli və dənli-paxlalı bitkilər (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), həmçinin günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də texniki bitkilər – pambıq, şəkər çuğunduru, tütün və soya əkən fermerlərə veriləcək", - məlumatda deyilir.
Yeni mexanizm çərçivəsində kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrələrin, biohumusun, sertifikatlı toxumların və pestisidlərin alınması, eləcə də aqrotexniki xidmətlərdən istifadə məqsədilə müddəti 1 ili keçməyən kreditlər üzrə hesablanan faizləri Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ödəyəcək. Bu isə o deməkdir ki, fermerlər kreditin yalnız əsas məbləğini banka qaytaracaqlar.
"Nazirlik qeyd edir ki, subsidiya vəsaitlərinə ən çox ehtiyac əkin mövsümünün əvvəlində yaranır. Subsidiya ödənişləri isə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan dövrü başa çatdıqdan və yoxlamalar tamamlandıqdan sonra həyata keçirildiyi üçün yeni mexanizm fermerlərin mövsümün əvvəlində lazımi maliyyəni daha operativ əldə etməsinə imkan verəcək. Bunun üçün onlar banklara və bank olmayan kredit təşkilatlarına müraciət edə bilərlər",- məlumatda bildirilir.
Bu mexanizm Prezident İlham Əliyevin 5 mart 2026-cı il tarixli "Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" fərmanına uyğun olaraq tətbiq olunur.
17:07 / 10 İyun 2026
2
16:36 / 10 İyun 2026
499
16:30 / 10 İyun 2026
72
16:30 / 10 İyun 2026
77
16:26 / 10 İyun 2026
50
16:25 / 10 İyun 2026
58
16:20 / 10 İyun 2026
50
16:16 / 10 İyun 2026
93
16:14 / 10 İyun 2026
57
16:13 / 10 İyun 2026
64
15:59 / 10 İyun 2026
94
15:50 / 10 İyun 2026
65
15:46 / 10 İyun 2026
82
15:43 / 10 İyun 2026
82
15:41 / 10 İyun 2026
611
15:41 / 10 İyun 2026
531
15:26 / 10 İyun 2026
148
15:18 / 10 İyun 2026
144
15:16 / 10 İyun 2026
71
15:15 / 10 İyun 2026
249
15:09 / 10 İyun 2026
189
15:05 / 10 İyun 2026
70
15:03 / 10 İyun 2026
273
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.