Rəis qəfil VƏFAT ETDİ
11 Noyabr 2026, 09:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
733
30.05.2026, 22:34
Son illərdə ölkəmizdə yapon mətbəxinə, o cümlədən suşinin müxtəlif növlərinə maraq artır. Ancaq bu məhsul düzgün şəraitdə hazırlanmadıqda insan sağlamlığı üçün təhlükəyə çevrilə bilər.
Bəs vətəndaşlar suşi sifariş edərkən nələrə diqqət etməlidirlər?
İnfeksionist Aytən Ziyadova mövzu ilə bağlı Baku TV-yə açıqlamasında deyib ki, suşi düzgün hazırlanmadıqda, saxlanılmadıqda və ya xəstə balıqlardan istifadə olunduqda insanlara parazitar və yoluxucu xəstəliklər keçə bilər:
"Xüsusilə risk qrupuna daxil olan şəxslər bu xəstəliklərə daha tez yoluxurlar. Bunlara immun sistemi zəif olan insanlar, onkoloji xəstələr, hamilə qadınlar və xroniki xəstəlikdən əziyyət çəkənlər daxildirlər. Qanlı ishal, halsızlıq, ürəkbulanma və qusma kimi əlamətlər müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır".
Qida mütəxəssisi Seymur Qafarov isə məsələyə belə münasibət bildirib:
"Suşi hazırlandıqdan sonra maksimum 1-1.5 saat ərzində istehlak edilməlidir. Düyü və digər inqredientlərin bir-birinə həddindən artıq yapışması məhsulun əvvəlcədən hazırlandığını və keyfiyyətini itirdiyini göstərir. Restoranlarda suşi hazırlanarkən istifadə olunan çiy balıq daimi olaraq 0 ilə +4 dərəcə arasında saxlanılmalıdır. Uzunmüddətli saxlanma üçün isə məhsul ən azı -20 dərəcədə dondurulmalıdır".
Ətraflı videoda:
09:56 / 11 Noyabr 2026
1
09:37 / 11 Noyabr 2026
368
09:35 / 11 Noyabr 2026
54
09:29 / 11 Noyabr 2026
69
09:25 / 11 Noyabr 2026
67
09:24 / 11 Noyabr 2026
65
09:22 / 11 Noyabr 2026
92
09:20 / 11 Noyabr 2026
70
08:58 / 11 Noyabr 2026
117
08:53 / 11 Noyabr 2026
285
01:50 / 11 Noyabr 2026
362
01:00 / 11 Noyabr 2026
198
00:31 / 11 Noyabr 2026
278
23:59 / 10 Noyabr 2026
243
23:57 / 10 Noyabr 2026
293
23:55 / 10 Noyabr 2026
839
23:53 / 10 Noyabr 2026
304
23:47 / 10 Noyabr 2026
1528
23:43 / 10 Noyabr 2026
275
23:39 / 10 Noyabr 2026
226
23:28 / 10 Noyabr 2026
440
23:27 / 10 Noyabr 2026
1168
23:17 / 10 Noyabr 2026
1780
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.