Polis maşında tiktok yayımı edənlərə MÜRACİƏT EDİB
11 Noyabr 2026, 10:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
508
29.05.2026, 14:44
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Nazirlikdən Oxu24.com -a verilən xəbərə görə, FHN-in təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan yarışda Regional Mərkəzin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.
Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Naftalan şəhər İ. Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi I yerə, Mingəçevir şəhər Y. Muradov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbi II yerə, Yevlax rayonu, B. Alıyev adına Salahlı kənd tam orta ümumtəhsil məktəbi isə III yerə layiq görülüb.
Qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.




10:48 / 11 Noyabr 2026
1
10:45 / 11 Noyabr 2026
16
10:33 / 11 Noyabr 2026
42
10:19 / 11 Noyabr 2026
61
10:13 / 11 Noyabr 2026
57
10:10 / 11 Noyabr 2026
70
10:10 / 11 Noyabr 2026
179
10:09 / 11 Noyabr 2026
104
09:56 / 11 Noyabr 2026
67
09:37 / 11 Noyabr 2026
729
09:35 / 11 Noyabr 2026
103
09:29 / 11 Noyabr 2026
84
09:25 / 11 Noyabr 2026
91
09:24 / 11 Noyabr 2026
78
09:22 / 11 Noyabr 2026
111
09:20 / 11 Noyabr 2026
85
08:58 / 11 Noyabr 2026
140
08:53 / 11 Noyabr 2026
473
01:50 / 11 Noyabr 2026
421
01:00 / 11 Noyabr 2026
202
00:31 / 11 Noyabr 2026
285
23:59 / 10 Noyabr 2026
248
23:57 / 10 Noyabr 2026
305
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.